Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dövlət Təhlükəsizlik Xidmətinin rayon şöbələri olmayacaq
Dövlət Təhlükəsizlik Xidmətinin rayon şöbələri olmayacaq
16 Dekabr 2015 / 1:03 / Baxış sayı: 398
Font1 Font2 Font3 Font4

Fəaliyyətinə xitam verilmiş MTN-in bazasında yeni yaradılmış Dövlət Təhlükəsizlik Xidmətinin strukturunun necə olacağı barədə ilk rəsmi məlumat açıqlanıb. 

DTX-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsini icra edən Arif Babayev ANS telekanalına müsahibəsində bu barədə danışıb. Onun bildirdiyinə görə, DTX-in strukturunda regional idarələr yaradılacaq. Bu isə o deməkdir ki, DTX-in MTN kimi rayon şöbələri olmayacaq.

“DTX-nin bütün istiqamətlərdə fəaliyyətinin optimallaşdırılması planlaşdırılır. Bununla əlaqədar olaraq struktur dəyişiklikləri aparılır. Regional idarələrin yaradılması nəzərdə tutulur. Xidmətin strukturu daha çevik və operativ olacaq”-Arif Babayev deyib.

Onun sözlərinə görə, paralel olaraq DTX-nin kadr potensialı məsələsi də həll edilir. “Xidmətə xarici dil bilən gənc əməkdaşlar işə götürüləcək. Bundan əlavə əvvəllər bəlli səbəblərə görə işdən kənarlaşdırılmış peşəkarlar yenidən işə cəlb olunacaq. Xidmətin ştat vahidi MTN-in ştat vahidindən az olacaq”-A.Babayev deyib.

DTX rəsmisinin dediyinə görə bu struktur Xarici Kəşfiyyat Xidməti ilə Azərbaycanın maraqları naminə öz fəaliyyətini koordinasiya edəcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə