Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İŞİD nefti 100 dollaradək bahalaşdıracaq
İŞİD nefti 100 dollaradək bahalaşdıracaq
16 Dekabr 2015 / 1:14 / Baxış sayı: 266
Font1 Font2 Font3 Font4

“Bloomberg” agentliyi 2016-cı il üçün “qara qu quşlarının” – status-kvonun saxlanması inanılmaz hesab edildiyi, amma müəyyən inkişaf ssenariləri əsnasında həyata keçmə ehtimalı artan hadisələrin siyahısını dərc edir.

Gazeta.ru xəbər verir ki, agentlik bu qəbildən olan “qu quşlarından” əsasən dünya neft qiymətinin bir barel üçün 100 dollara sıçramasını hesab edir.

Bu nəticə “İslam Dövləti”nin (İŞİD) sayəsində mümkündür. O, Yaxın Şərqdə əsas neft sənayesi infrastruktur obyektlərinə hücum edə bilər, eləcə də Venesuela və Əlcəzair kimi OPEK ölkələrinin də siyasi sistemdə sabitliyini poza bilər.

İnfrastrukturun dağıdılması OPEK ölkələrinə hasilat səviyyəsini saxlamağa imkan verməyəcək, bu isə bazarda neftin çatışmazlığına və 2016-cı ildə enerji daşıyıcılarına olan tələbatın kəskin artmasına gətirib çıxaracaq.

Bundan başqa, bu nəticə alternativ enerji mənbələrinə, əsasən də nüvə və “yaşıl” energetikaya investisiyaların artmasına gətirib çıxaracaq (oxu.az).

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə