Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Quldurlara ölkəni talan etməyə imkan verməyəcəm”
“Quldurlara ölkəni talan etməyə imkan verməyəcəm”
16 Dekabr 2015 / 1:19 / Baxış sayı: 512
Font1 Font2 Font3 Font4

Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Ukraynanın daxili işlər naziri Arsen Avakovun və baş nazir Arseni Yatsenyukun təhdid və tələblərinə baxmayaraq Ukraynadan heç yerə getməyə hazırlaşmadığını bildirib. “RİA Novosti” xəbər verir ki, Saakaşvili Ukraynada qalacağını və Ukraynanı talan etməyə imkan verməyəcəyini bəyan edib.

Bu ərəfədə Avakov İslahatlar Şurasında Saakaşvilinin üzünə su atdığını bəyan etmişdi, səbəb isə ünvanına deyilən təhqirlər olub.

Avakovun dediyinə görə, Saakaşvili “Uralxim”dən olan oliqarxla Odessa limanyanı zavodun özəlləşdirilməsi məsələsinə dair söhbəti barədə suala cavab əvəzinə səsini qaldırıb və onu təhqir etməyə başlayıb.

Saakaşvili jurnalistlərə bəyan edib ki, bu iclasda o, Ukraynada dövlət müəssisələrinin qarət olunmasına dair məruzə ilə çıxış edib və hər şeyi dəyişmək lazım olduğunu bildirib. Avakov onu rüşvətxorluqda, qarətdə ittiham edərək ondan Ukraynanı tərk etməyi tələb edib.

“Mənim cavabım qəti oldu. Mən həqiqətən qarət faktının olduğunu dedim. Hesab edirəm ki, bu qarətə nazir də cəlb edilib. Onun nazirliyində böyük sxem var, o cümlədən də Odessa limanyanı zavodu. Əlimizdə olan məlumatlara görə, zavodu talayan adamlar əsasən nazirə yaxın adamlardır” – deyə Saakaşvili bəyan edib.

Saakaşvilinin sözlərinə görə, Avakov qeyri-normativ leksikadan istifadə etməyə başlayıb, prezidentdən xəbərdarlıq almasına baxmayaraq o, qubernatora stəkan atıb. Saakaşvili nazirin onu təhdid etdiyini də bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə