Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakının ticarət mərkəzləri boşalır
Bakının ticarət mərkəzləri boşalır
16 Dekabr 2015 / 1:31 / Baxış sayı: 392
Font1 Font2 Font3 Font4

Baının mərkəzində işlək obyektlərin bir çoxunun qapı-pəncərəsində “icarəyə verilir” elanı gözə dəyir.

Hökumət evinin arxası, Üzeyir Hacıbəyov küçəsində əvvəllər qızıl və zinət əşyaları satılan mağazaların az qala hamısında bu cür elanlara rast gəlinir.

“Azadlıq” radiosuna danışan belə dükanlardan birinin sahibi deyib ki, ötən il ayı 2500 manata verdiyi 30 kvadrat metrlik obyektə 4 aydır 1500 manatdan icarəçi tapa bilmir.

Ayrı bir dükan sahibinin sözlərinə görə,  icarə qiymətlərini endirmək də müştəri tapmaq istəyənlərə kömək edə bilməyib:  “Bizim oybekt şəhərin mərkəzində – Rəsul Rza küçəsində yerləşir. Ötən ilə qədər obyekti 14 min 700 manata icarəyə verirdik. İndi ayı 10 min manata verə bilmirik. 145 kvadrat metrlik obyektdir. Uşaq paltarları satılırdı. 5-6 aydır vəziyyət belədir. Bir-iki ay 10 minə icarəyə verdik, o da işlədə bilməyib çıxdı. İndi 5000 manata vermişik. O da iki obyektdir, yan-yanadır. Əvvəllər ikisini bir verirdik. İqtisadi durum pisləşir. Hamısı maddiyyata bağlıdır. Camaat əvvəlki kimi almır. Sahibkar da sata bilmir”.

Bu ilin noyabrında Bakıda kommersiya məqsədi ilə istifadə edilən əmlakın satış qiyməti orta hesabla 2 faiz, icarə qiyməti isə 3 faiz aşağı düşüb. Buna səbəb kimi ölkə iqtisadiyyatında yaşanan böhran göstərilir. 2014-cü ilin avqustundan başlayaraq dünya bazarında neft ucuzlaşır. Bu da, özəlliklə, neftdən asılı olan ölkələrin iqtisadiyyatına təsir edib.

“MBA” Konsaltinq və Qiymətləndirmə Şirkətinin hesablamalarına görə, qeyri-yaşayış obyektlərində həm satış, həm də icarə qiymətləri aşağı düşür. Ötən bir ildə Bakıda haradasa 23 faizlik ucuzlaşma müşahidə olunub.

Makler Zakir Ələsgərov Bizimyol.info-ya açıqlamasında bildirdi ki, qiymətlər kəskin şəkildə aşağı düşüb. Bu təkcə obyektlərdə yox, evlərdə də özünü göstərir: “300 manatlıq evləri heç kirayə götürən yoxdur. 200-220 manata götürürlər. Ümumilikdə 30-35 faiz qiymətlər aşağı düşüb. Obyektlərin hamısı boş qalıb. İcarəsi 1000 manata olan obyekti götürən yoxdur. 500 manata deyilir, yenə icarə istəyən yoxdur. Əvvəllər şəhərdə 1000 manata olan obyekti hazırda 600 manata verirlər, ancaq yaxın duran yoxdur. Lap icarəyə götürülsə belə 10 gün sonra obyekti qoyub çıxır ki, satış yoxdur. Ehtimal ki, qiymətlər hələ bundan sonra da düşəcək. Böhran həmişə daşınmaz əmlaka təsir edir. Dövlət işində çalışanlar stabil öz maaşlarını alırlar. Ancaq daşınmaz əmlakla məşğul olan adamların çoxu, istər alış-satışla məşğul olanlar, istər maklerlər, istərsə də ev tikib satanların işi hal-hazırda çox böyük tənəzzüldədir. Ev tikib satanlar, mağaza, obyekt icarəyə verənlərin işi dayanıb. Hətta ən ucuz qiymətə belə icarəyə götürənlər 1 ay sonra mağazanı bağlayıb çıxırlar”.

İqtisadçı ekspert Natiq Cəfərli isə deyir ki, əslində Azərbaycanda  icarə qiymətləri şişmiş durumda idi. Yəni Azərbaycan iqtisadiyyatının həcminə görə qeyri-adekvat qiymətlər idi: “Moskvada da eyni problem yaşanırdı. Hətta araşdırmışdıq ki, Nyu-Yorkun ən bahalı 5-ci Avenue küçəsi idi. Orda dükanların icarəsi həddindən artıq bahadır. Ancaq araşdırma nəticəsində məlum olmuşdu ki, Moskvanın Arbat küçəsindən daha ucuzdur. Bakının “Torqovi” adlanan mərkəzi küçəsindən belə qiymətlər Nyu-Yorkdakından baha idi. Nyu-Yorkun ən bahalı küçəsində belə icarə haqları ilə bağlı müqavilələr bağlamaq mümkün idi. Bütün bunlar onu göstərir ki, illərdir Azərbaycanda qeyri-adekvat qiymət siyasəti yürüdülürdü. Daşınmaz əmlakın, icarələrin qiyməti də həddindən artıq şişirdilmiş idi. İndi bu şişlərin alınması prosesi gedir. Çünki ticarət dövriyyəsi, insanların real gəlirləri azalıb. Bunun nəticəsində də iş adamları tərəfindən çox bahalı olan icarə haqlarını ödəmək mümkün olmur. Onlar da icarə müqavilələrindən imtina etməli olurlar”.

N.Cəfərlinin sözlərinə görə, Bakının mərkəzi küçələrində hələ də qiymətlər qeyri-adekvatdır: “10, 15 minə, hətta bəzi hallarda 25 minə aylığı çıxan icarə obyektləri var ki, bu da Azərbaycan reallığında, indiki iqtisadi şəraitdə çox qeyri-adekvat qiymətləndirilir. Yəni iş adamlarının aylıq icarə haqqından başqa digər xərcləri də var. Bunlar işçilərin maaşları, vergilər və kommunal xərclərdir.  Bütün bunları nəzərə alsaq iş adamları nə qədər qazanmalıdır ki, həm icarəni verə bilsin, həm digər xərcləri ödəyə bilsin, həm də qazansın. Bunun mümkünsüzlüyünü nəzərə alaraq şəhərin mərkəzi küçələrində və digər küçələrdə insanlar icarə müqavilələrindən imtina edirlər. Bunu bazar özü tənzimləyəcək. Bir müddət sonra icarə haqlarının qat-qat aşağı düşməsinin şahidi olacağıq”.
İcarə haqları kəskin aşağı düşsə də, obyektlərə yaxın duran tapılmır
Makler Zakir Ələsgərov: “Ehtimal ki, qiymətlər hələ bundan sonra da düşəcək”



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə