Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Həbsdə olan Qarabağ döyüşçülərindən Prezidentə MÜRACİƏT
Həbsdə olan Qarabağ döyüşçülərindən Prezidentə MÜRACİƏT
16 Dekabr 2015 / 14:08 / Baxış sayı: 68
Font1 Font2 Font3 Font4
Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində Prezidentin çoxsaylı məhbusları əfv edəcəyinə dair məlumatlar gündəmin əsas mövzusuna çevrilməkdədir. Prezident yanında Əfv Komissiyası və İnsan Hüquqları üzrə İşçi Qrupun üzvlərinin verdiyi açıqlamalardan aydın olur ki, bu dəfə siyahı əvvəlkilərdən daha geniş olacaq. Bu isə minlərlə məhbusda azadlığa çıxmaq ümidlərini artırır.
Bu gün belə məhbuslardan olan keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) üzvləri  Səfa Poladov və Arif Kazımovun həbsinin 19 ili tamam olur. Yeniyetmə yaşlarından könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən bu insanlar atəşkəs sazişinin bağlanmasına qədər bilavasitə cəbhə bölgəsində qulluq keçib, Ermənistan ərazisində keçirilən17 məxfi əməliyyatın hamısında bilavasitə iştirak ediblər.

1996-cı ildə onlar OMON hadisələrinə görə h’bs ediliblər. Məhkəmə sıravi üzv olan S.Poladov və A.Kazımov barəsində hadisələrin rəhbəri qədər ağır cəza – ölüm hökmü çıxarıb. 1998-ci ildə Azərbaycanın Avropa Şurasına üzv qəbul olunması ərəfəsində hökmləri ömürlük həbslə əvəz olunub .Ötən müddət ərzində Səfa və Arifin əfv üçün etdikləri çoxsaylı müraciətlər nəticəsiz qalmaqdadır.

Bu gün onlar ölkə başçısına bir daha müraciət ediblər.

 

Müraciətdə deyilir:

Möhtərəm Prezidentimiz!

Hər bir insanın həyatında səhvləri olur – kimi az, kimi çox bu səhvlərin əvəzini ödəyir. Biz də gənc yaşlarımızdan hərbi rejimə alışan insanlar olaraq, rəhbərliyin tapşırıqlarına qarşı getməyərək özümüz də istəmədən məlum “OMON” hadisələrinin iştirakçısına çevrilmişik. Buna görə 1996-cı ildə həbs olunmuşuq, sıravi üzv olsaq da, barəmizdə hadisələrə rəhbərlik edənlərlə bərabər ölüm hökmü çıxarılıb. 1998-ci ildə Azərbaycan Respublikasının Avropa Şurasına üzv qəbul olunması ərəfəsində möhtərəm Prezident Heydər Əliyevin təşəbbüsü əsasında barəmizdəki ölüm hokum ömürlük həbs cəzası ilə əvəz olunub. Artıq 19 ildir ki, biz Qobustan Qapalı Həbsxanasında cəza çəkirik.

Ötən müddət ərzində bizdən daha ağır ittihamlarla həbs edilən “OMON”un komandiri, Azərbaycan dövlətinə böyük xəyanətlər etmiş Ələkrəm Hümbətov, Rəhim Qazıyev, Surət Hüseynov və digərləri Sizin humanistliyiniz sayəsində əfv edilərək azadlığa çıxıb. Lakin bu illərdə dəfələrlə əfv üçün etdiyimiz müraciətlər geri qaytarılıb, rəhbəri azad edilən bir prosesin sıravi üzvləri olan bizlər hələ də cəza çəkirik.

 

Cənab Ali Baş komandan!

19 illik həbsxana dövrü həyatımızda çox ağır itkilər vermişik, ata-anamızı itirmişik, səhhətimizə ciddi zərər dəyib. Bütün bunlara baxmayaraq, yenə də Sizin əmrinizə müntəzir olaraq, dogma torpaqlarımızı mənfur işğaldan azad etmək uğrunda döyüşlərdə iştirak etməyə, qalan ömrümüzü Vətən üçün qurban verməyə hazırıq.

Azərbaycan Prezidenti olaraq  12 ildə daim nümayiş etdirdiyiniz  humanistliyinizə sığınaraq, bizi əfv etməyinizi Sizdən xahiş edirik. Çox gənc, hətta yeniyetmə yaşlarımızda buraxdığımız səhvin bütün ömrümüzü həbsdə keçirməyimizlə nəticələnməsinə imkan verməyin!”

Ümid edirik ki, OMON hadisələrinə görə həbs edilənlərin böyük əksəriyyətinin azadlığa buraxıldığı bir şəraitdə ölkə rəhbərliyi bu iki Qarabağ döyüşçüsünün  də azadlıq arzusunu gerçəkləşdirəcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə