Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

FHN bu imtiahandan üzüağ çıxa bilmədi
FHN bu imtiahandan üzüağ çıxa bilmədi
16 Dekabr 2015 / 14:12 / Baxış sayı: 746
Font1 Font2 Font3 Font4

“Günəşli” yatağındakı məlum yanğın hadisəsi insan itkisinin bütün itkilərdən ağır olduğu bütün ölkənin hiss etdiyi olay oldu. Günlər keçib, insan itkisinin verdiyi əzabı az da olsa yüngülləşdirmək üçün həyata keçirilən tədbirlərə isə sadəcə və sadəcə təəssüflənmək qalır.

Söhbət 29 itkinin günlərdir ki, tapılmaması, onların axtarışları barədə xəbərlərin “Axtarış davam edir”dən başqa heç bir ümidverici məqamdan ibarət olmaması, Fövqəladə Hallar Nazirliyinin bu barədə mətbuata açıqlamalar vermək əvəzinə SOCAR-ın yaydığı press-relizlərlə kifayətlənməyi məsələhət görməsi hələ də insan itkisinin nə olduğunu anlamayanların varlığından və vəzifə başında oturmasından xəbər verir. Bəs harda qaldı Azərbaycanda xilasedicilərin dünya standartları səviyyəsində hazırlanması barədə nağıllar? Necə oldu ki, bu nağılların həqiqətə çevrilməli olduğu zamanda ortaya nəticə qoymaqdansa mətbuatdan yayınmağa üstünlük verilir? Əgər xilasedicilərin yüksək peşəkarlıq, yüksək hazırlıq səviyyəsi dedikləri budursa o zaman daha pisini təsəvvür etmək belə qorxu yaradır. Üstəlik bunlar müharibə şəraitində yaşayan, hər zaman müharibə ehtimalının olduğu ölkənin xilasedicilərdir. Peşəkarlıq budursa o zaman qeyri-peşəkarlar hansı səviyyədədir?

Təsəvvür edin ki, müharibə başlayır və qəza edən maşında sıxışıb qalan şəxsi bir neçə saata çıxaran bu xilasedicilərin köməyinə möhtac qalırıq. Sonrasını təsəvvür etmək belə dəhşətlidir. Deyə bilərlər ki, dənizdə itkin tapmaq asan deyil, bu arqumetlə razılaşmaq olardı, ancaq o şəraitdə ki, illərlə bizə xialsedci hazırlığının yüksək səviyyədə aparılması barədə nağıllara qulaq asmağa vadar etməyəydilər. Biz hələ bu məqsədlə xərclənən milyonların aqibətindən danışmırıq.

Cənablar, xilasedici hazırlığı sadəcə hansısa müsabiqə və ya təlimin keçirilməsi deyil. Siz “Gənc xilasedici və yanğınsöndürən” adlı III respublika birinciliyi və ya “Gənc xilasedici” II beynəlxalq yarışı keçirə bilərsiz, qaliblər seçib mükafatlandıra bilərsiz, biz də bu xəbərləri oxuyub həyatımızı etibar edə biləcəyimiz insanların varlığına sevinə bilərik. Amma əgər bunlar lazmi anda praktikada həyata keçirilməyəcəksə, bizə və dövlətə bu məqsədlə milyonların xərclənməsi lazım deyil. Əgər hər şeyi mətbuat və publika üçün edirsinizsə, bu “etdiklərinizin” bir gün əməldə təkrar olunma ehtimalını da ara-sıra göz önünə gətirin. Bunun dənizi var, bunun güclü yanğını var, bunun başqa təbii fəlakəti var və nəhayət bunun MÜHARİBƏSİ var. Heç bir ölkə bunlardan sığortalanmayıb.

Dənizdə iktin düşən yaxının gözləyən insanın hər gün nələr yaşadığını, itkinin ən azı cəsədini tapıb ona qaytara bilməyən dövlətindən narazılığını anlamaq bu qədərmi çətindir? Yoxsa məqsəd elə buna hesablanıb? İnsanları öz dövlətindən narazı salmağa yönəlib? Azərbaycanda keçirlən beynəlxalq yarışda ancaq Rusiyayu duzub ikinci yeri qazanmaq olar. Hətta qonaqlara güşəştə getməyib özünü birinci yerlə də mükafatlandırmaq olar. Amma yarışda qələbə qazandıran qabiliyyəti, bacarığı, hazırlığı əməldə göstərə bilməmək bu bacarığın doğrudan da olduğunu, deməli həm də yarışlardakı birincilikləri şübhə altına qoyur.

Harda qaldı o təlimlər, hara xərcləndi təlimlər üçün ayrılan pullar, hanı peşəkarlıq? Dəniz sizin hesablarınızla uyğunlaşmır, cənablar! Onun öz hesabları var. İtkinlərimizi tapmaq, yanğını söndürmək üçün  başqa dövlətdən kömək ummaq regionun lider dövləti hesab edilən Azərbaycan üçün təhqirdir. Doğrudur, bu kimi məsələlərdə dövlətlərarası əməkdaşlıq təcrübələri var, amma bu zaman ən azından yalançı hay-küy, özünütərif, mütəxəssis hazırlığının yüksək səviyyəsindən dəm vurmaq, büdcədən milyonları “xərcləmək” kimi hallara yol verilmir. İndiki halda isə FHN bu imtiahandan üzüağ çıxa bilmədi. Bu dövlətin bir nazilriyinə olan etimadını, insanların öz qurumuna bəslədiyi ümidi itirmək vəzifəni itirməkdən daha pisdir. İktinlərindən hər gün, hər dəqiqə xəbər gözləyən insanların yerində bir anlıq özünüzü təsəvvür edin və onların nə yaşadıqılarını düşünün. Büdcədən silinən milyonların əvəzində bir insan həyatını almaq mümkündürsə, bunu indi edin! 

İlkin
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə