Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Generalın həbsi şöbə müdirinin “kitabını bağladı”
Generalın həbsi şöbə müdirinin “kitabını bağladı”
16 Dekabr 2015 / 15:00 / Baxış sayı: 1524
Font1 Font2 Font3 Font4

Prezident sərəncamı ilə ləğv edilən MTN strukturu ətrafında cərəyan proseslər Füzuli rayonuna çatıb. Ötən həftənin sonunda rayon Təhsil Şöbəsinin müdiri Almaz Həşimova vəzifəsindən azad edilib.

A.Həşimova bu vəzifədən öncə rayondakı internat məktəbinin direktoru olub. Alı Alıyev Füzulinin icra başçısı olandan sonra onu təhsil şöbəsinə müdir gətirib. YAP üzvü, RTŞ sədri Hafiz Tahirovu isə yola salıb. A.Həşimova ilə A.Alıyevin dostluq əlaqələri var. H.Tahirov isə parlamentin sədr müavini Bahar Muradovanın yaxın adamı hesab edilir.
Məlumata görə, A.Həşimova ilə A.Aliyev rayonda büdcə mənimsəmələrində birgə fəallıq nümayiş etdiriblər. Ancaq işlərin tərs getməsi və A.Həşimovanın vəzifəsindən çıxarılması MTN-dəki həbslərlə bağlı olub.
Mənbə iddia edir ki, həbs edilən generallardan birinin A.Həşimova ilə qohumluq əlaqəsi var və onu himayə edirmiş. Həmin yüksək vəzifəlinin həbsi A.Həşimovanın işini itirməsi azmış kimi fəaliyyətinin araşdırılmasına da səbəb olub.
Qeyd edək ki, Füzuli Rayon Təhsil Şöbəsindəki nöqsanlardan dəfələrlə yazılıb. Müəllimlərin bir çoxu repetitor çalışır və məktəblərdə dərs öyrətmirlər. Hətta dərslərə belə gəlmirlər. Direktorlar isə həmin müəllimlərdən rüşvət alaraq onların məktəbdən yayınmalarına göz yumurlar. Onların dərs saatları yazılır və maaşları direktorlarla təhsil şöbəsinin müdiri tərəfindən götürülür. Füzuli RTŞ-nin xərclərini ödəmək məqsədilə keçirilən tenderlərdə külli miqdarda pul mənimsənilib.
Bu tenderlərin əksəriyyətini məhz A.Həşimovaya məxsus olan “Valeh-H” MMC, “Ülkər-H” MMC, Vüsal-84 MMC, “Nəfs-RR” MMC firmaları qazanır. Məlumatda həmçinin vurğulanır ki, tenderlərə ayrılan vəsaitin heç 30 faizi təyinatına görə xərclənmir və ayrılan vəsaitlərin çox hissəsi mənimsənilir.
Maliyyə Nazirliyi tərəfindən aparılmış yoxlama nəticəsində şöbədə 600 min manatlıq mənimsəmə faktı aşkarlanmışdı. Yazı ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə