Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Daha bir abunəçi “Bakcell”dən imtina edir – ŞİKAYƏT
Daha bir abunəçi “Bakcell”dən imtina edir – ŞİKAYƏT
16 Dekabr 2015 / 15:19 / Baxış sayı: 920
Font1 Font2 Font3 Font4

Ölkənin aparıcı mobil operatorundan kütləvi şikayətlərin ardı-arası kəsilmək bilmir. Abunəçilər “Bakcell” mobil şəbəkəsindən imtina etməyə başlayıblar. Təkcə bir ay ərzində VİZUAL.az-a onlarla şikayət məktubları daxil olub. Vətəndaşlar şirkəti yalan və fırıldaqçılıqda ittiham edirlər.

Şəbəkənin kampaniyaları, vəd və təklifləri, o cümlədən müxtəlif reklamları abunəçilər üçün əvvəlcə cəlbedici görünsə də, sonra saxta və aldadıcı olduğu üzə çıxır. Növbəti belə bir şikayəti Fatma Kazımova adlı abunəçi Feysbuk hesabında yazıb. Onun sözlərinə görə, oğurluğunda bu dərəcəsi olmaz: “Bakcell gözümü deşə-deşə cibimə girdi. Axşam 10 manat kontur yüklədim, günlük meqabayt paketin qiymətini çıxıb, bəzi kontur xərcimdən sonra 7 manat konturum qalmalı idi. Bildiriş gəldi ki, balans 0 olub”.

Abunəçi qeyd edir ki, dərhal zəng edib: “Müraciətimi qeydə aldılar, cavab gəldi ki, internet paketinizin bitməyinə dair mesaj gəlib. Yəni konturunuzu internet aparıb. İzah edə bilmədim ki, heç iki dəqiqə internet açıq olmayıb. Müştəri xidmətlərinə müraciət edəcəyəm. Əgər problemi həll etməsələr, Bakcell-ə əlvida. 8 illik müştərini itirmək haqda fikirləşin. Nə qədər müştəri itirmisiniz, ha mən çıxmış ha çıxmamış”.

Qeyd edək ki “Bakcell” mobil operatorundan şikayətlər təkcə pulsilmə ilə əlaqədar Bu yaxınlarda şikayət məktubunda abunəçi üzləşdiyi problemlə bağlı yazmışdı: “Deməli mən nömrəni oktyabrın 16-da Bakcell-in Sumqayıt şəhərində yerləşən rəsmi dilerlərinin birindən almışam.

Nömrəmi aldıqda mənə Abunə Müqaviləsi təqdim olunmadı. Dilerdəki satıcı şəxsiyyət vəsiqəmin kserkopiyasını çıxardıb özündə saxladı və bildirdi ki, bizim dilerdə müqavilə verilmir və nömrəni şəxsiyyət vəsiqəsinin kserkopiyası vasitəsilə ada otuzdururuq. Mən bununla bağlı elə nömrəmi aldığım günü 555 məlumat mərkəzinə şikayət etdim ki, nömrəni elə indicə almışam və Abunə Müqaviləsi verilməyib. Vüqar adlı operator çox arxayınlıqla və soyuqqanlılıqla problemimə yanaşdı. Bildirdi ki, biz bunu qeydə ala bilmərik. Yaxşı olardı ki, siz bununla bağlı [email protected] elektron poçt ünvanına müraciət edin.

Şikayətçi qeyd edib:

“Mən də şikayətimi [email protected] elektron poçt ünvanına bildirdim və 40 gündür ki, dilernən bağlı heç bir ölçü götürülməyib. Üstəlik, Bakcell-də Sumqayıt şəhərində internetin sürəti, 3G şəbəkəsi bərbad vəziyyətdədir. Bakcell-in mobil danışıq və mobil internet tarifləri də bazarda çox bahalıdır.

Məsələn: Bütün mobil operatorlarda danışığın 1 dəqiqəsi 4-5 qəpikdən baha olmadığı halda, Bakcell-də şəbəxarici zənglərin 1 dəqiqəsi 9-12 qəpik arasında dəyişir ki, buda digər mobil operatorlarla müqayisədə 2-3 dəfə bahadır.

Bütün mobil operatorlarda 1GB internet paketi 5 manat olduğu halda, Bakcell-də 1GB internet 7 manatdır. Nəzərə alsaq ki, mobil operatorlar arasında Bakcell-dən bərbad xidmət göstərən mobil operator yoxdur, o zaman tariflərin 3 dəfə baha olması da əsassızdır”.

İnternet trafiklərində, tarif paketlərində, kontur yüklənməsində milyardlar silinir.

Ölkədə fəaliyyət göstərən bəzi mobil operatorların abonentləri aldatması, bahalı tarif siyasəti yeritməsi adi hala çevrilib.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə