Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Namiq Abbasov MTN-nin ləğvindən DANIŞDI: – “..gözləmək lazımdır”
Namiq Abbasov MTN-nin ləğvindən DANIŞDI: – “..gözləmək lazımdır”
16 Dekabr 2015 / 15:35 / Baxış sayı: 712
Font1 Font2 Font3 Font4

“Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ləğv edilməsi dövlət başçısının qərarıdır. Bu qərara hörmətlə yanaşıram”. Bunu Modern.az saytına açıqlamasında 1995-2004-cü illərdə Azərbaycanın milli təhlükəsizlik naziri olmuş Namiq Abbasov deyib. 
N.Abbasov həmçinin bildirib ki, zamanı qabaqlamaq lazım deyil.

“Bilirsiniz, bu sahədə yeni addımlar atılır. Hələ yol gedilir. Bir ilə, iki ilə, üç ilə bilinəcək ki, hər şey yerində olubmu?! Ona görə də zamanı gözləmək lazımdır. Başqa rəy bildirməyə lüzum görmürəm”.

N.Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.

Nazir postundan azad ediləndən sonra o, 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb. Səfir vəzifəsini tərk edəndən sonra təqaüdə çıxıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə