Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Akif Əlizadə gənc alimlər üçün tikilən mənzillərdən danışdı
Akif Əlizadə gənc alimlər üçün tikilən mənzillərdən danışdı
16 Dekabr 2015 / 15:49 / Baxış sayı: 1230
Font1 Font2 Font3 Font4
Gənc alimlər üçün tikilən mənzillərdə son tamamlanma işləri görülür. Bunu Trend-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik Akif Əlizadə deyib.

Onun sözlərinə görə, tikintisi aparılan mənzillərdə hazırda kosmetik işlər görülür. Buna baxmayaraq, akademik mənzillərin konkret nə vaxt təhvil veriləcəyi barədə məlumatı olmadığını deyib: “Binalar 16 mərtəbəlidir. Orada, ümumiyyətlə, bütün mərtəbələrdə tikinti işləri yekunlaşıb. Hazırda daxildə bəzi kosmetik işlər görülür. Bu cür binaların tikintisi gələcəkdə də davam etdiriləcək. Amma indidən mənzillərin gənc alimlərə nə vaxt təqdim olunacağını demək çətindir”.

Qeyd edək ki, mənzillər AMEA-ya və ya bəzi institutlarına məxsus torpaqlarda tikilir. Gənc alimlər üçün 3 belə binanın tikintisi planlaşdırılıb.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə