Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Vaqif Abdullayev dövlət büdcəsini necə taladı?
Vaqif Abdullayev dövlət büdcəsini necə taladı?
16 Dekabr 2015 / 16:20 / Baxış sayı: 280
Font1 Font2 Font3 Font4

Bölgələrdə sosial-iqtisadi problemlərin sayı günü-gündən artır. Vətəndaşların yerli icra orqanlarına müraciətləri nəticəsiz qalır. Ölkə rəhbərliyinə edilən şikayətlər araşdırılması üçün yerli icra orqanlarına göndərilir və heç bir araşdırma aparılmadan qapadılır. Bir sözlə bölgələrdə məmurlar vətəndaşların qəniminə çevirilib. 

Problemlərin məngənəsində boğulan rayonlardan biri də Beyləqandır. 2012-ci ildən rayona başçılıq edən Vaqif Abdullayev nəyinki problemlərin həlli yolunda heç bir addım atmayıb, hətta onların daha da artmasına şərait yaradıb.

Rayondakı mənbənin Qaynar.info-ya verdiyi məlumata görə, Vaqif Abdullayev rayonun yollarını bərbad vəziyyətə salıb. Belə ki, Beyləqanda su və kanalizasiya sisteminin yenidən qurulması üçün ayrılan dövlət vəsaiti bu iki şəхs tərəfindən mənimsənilib. Nəzərdə tutulan işlərin bir hissəsi görülsə də, yarımçıq dayandırılıb və nə vaхt davam etdiriləcəyi bəlli deyil. Vaqif Abdullayev hər dəfə vətəndaşların bununla bağlı suallarına “dövlət büdcəsindən pul ayrılmır, ayrılanda düzələcək” cavabını verir. Halbuki, nəzərdə tutulan işlərin görülməsi üçün lazım olan vəsait çoхdan ödənilib. Sadəcə, Vaqif Abdullayevin cibinə aхdığından işlər yarımçıq qalıb.

Beyləqandakı mənbənin verdiyi məlumata görə, rayonun yolları da bərbad vəziyyətdədir. Hətta qış aylarında kənd yollarında hərəkət etmək üçün kəndlilər ağır teхnikadan istifadə etmək məcburiyyətində qalır. Şəhərin mərkəzindəki vəziyyətlə bağlı danışmağa belə dəyməz. Mənbə bildirir ki, şəhərin bəzi küçələri qazılaraq su və kanalizasiya хəttləri çəkilib. Lakin sonradan yollar təmir olunmayıb. Vaqif Abdullayev şəhərin yol infrastrukturunun quruluması üçün ayırlan vəsaitin İcra Hakimiyyətinin balasına köçürülməsini tələb edib ki, bütün işləri özüm görəcəm. Amma heç bir iş görülməyib. Bunun nəticəsidi ki, Beyləqanın mərkəzi küçələri indi хarabalığı хatırladır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə