Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nərimanov İcra Hakimiyyətində tədbir keçirilib.
Nərimanov İcra Hakimiyyətində tədbir keçirilib.
16 Dekabr 2015 / 17:50 / Baxış sayı: 1772
Font1 Font2 Font3 Font4

16 dekabr 2015-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü münasibətlə tədbir keçirilib.

Rayon rəhbərliyi, Nərimanov Rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin, Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin və kommunal xidmət sahə rəhbərlərinin qatıldığı tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Şahmar İbadov FHN-nin rəhbər və kollektivini peşə bayramı münasibətilə təbrik edib, onlara çətin və şərəfli vəzifələrini yerinə yetirməkdə uğurlar arzulayıb.

Ş.İbadov 2005-ci il dekabrın 16-da möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkəmizdə Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında, bir il sonra isə dövlətimizin başçısının hər il dekabrın 16-nın nazirlik işçilərinin peşə bayramı günü kimi qeyd olunması barədə növbəti Sərəncam imzaladığını xatırladıb və sonrakı Sərəncamlarla xidmətdə fərqlənən FHN əməkdaşlarına ali hərbi rütbələrin, fəxri adların verilməsini, onların orden və medallarla təltif edilməsini ölkə rəhbərinin FHN-nin fəaliyyətinə diqqət və qayğısının əyani təzahürü kimi dəyərləndirib.

Ş.İbadov ən yeni tariximizin ötən hər bir ilinin Azərbaycanın müstəqilliyini, xalqımızın tərəqqisini və xoşbəxtliyini özünün başlıca fəaliyyət istiqaməti kimi müəyyənləşdirən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ideyalarının ölməzliyinin sübutu olduğunu və Ulu Öndərimizin ölməz ideyalarının ən layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında dahi rəhbərin müəyyən etdiyi siyasətin bu gün uğurla davam etdirildiyini və möhkəmləndirildiyini vurğulayıb.

Natiq, dövlətimimizin başçısının rəhbərliyi altında ölkə həyatının bütün sahələrində uğurla həyata keçirilən sistemli və köklü islahatların Azərbaycanı regionda və dünyada lider dövlətə çevirdiyini, bu uğurların əldə olunmasında dünyanın inkişaf etmiş ölkələrinin fövqəladə hallar strukturları ilə müqayisə olunan ölkəmizin FHN-nin və onun peşəkar şəxsi heyətinin də mühüm rol oynadığını bildirib.

Daha sonra çıxış edərək Prezident İlham Əliyevə FHN-nin kollektivinə göstərdiyi yüksək diqqət və qayğıya görə dərin minnətdarlığını bildirən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Mahir Əmrahov, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev və Kooperasiya Universitetinin müəllimi Vilayət Əliyev dövlətimizin başçısının göstərdiyi etimadı doğruldaraq baş verə biləcək hər hansı fövqəladə hadisə barədə vətəndaşların vaxtında xəbərdar edilməsi, onun qarşısının alınması və nəticələrinin operativ

surətdə aradan qaldırılması, ölkə əhalisinin təhlükəsiz həyat və fəaliyyətinin təmin edilməsi məqsədi ilə FHN-nin bütün personalının bundan sonra da bütün qüvvə və bacarığını əsirgəməyəcəyinə əminlik ifadə edib.

Sonda fövqəladə halların nəticələrinin aradan qaldırılmasında xüsusilə fərqlənmiş FHN-nin rayonda fəaliyyət göstərən bir qrup əməkdaşlarına Rayon İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələri təqdim olunub.

Bundan əlavə tədbirdə iştirak edən Kooperasiya Universitetinin kafedra müdiri Vilayət Əliyev 75 illik yubileyi münasibətilə Rayon İcra Hakimiyyəti və rayon ictimaiyyətinin adından fəxri fərman və qiymətli hədiyyə ilə mükafatlandırılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə