Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Baş redaktor nazir Ramil Usubova müraciət etdi
Baş redaktor nazir Ramil Usubova müraciət etdi
16 Dekabr 2015 / 22:37 / Baxış sayı: 1622
Font1 Font2 Font3 Font4

Ötən gün arxiv.bizimxeber.az İnformasiya Agentliyinə məxsus 99 AX 698 dövlət nömrə nişanlı avtomobili Nizami rayonu ərzisində Bakı şəhər Dövlət Yol Polisinə məxsus 99 YP 332 dövlət nömrə nişanlı xidməti maşınını idarə edən Kamran adlı əməkdaşı tərəfindən saxlanılıb.

Sükan arxasında olan Agentliyin baş redakoru Ədil Hüseynliyə bildirilib ki, idarə etdiyi avtomobilinin ödənilməyən cəriməsi var buna görə də, avtomobil cərimə meydançasına aparılmalıdır.

Cərimənin nə zaman yazıldığı, cərimənin miqdarı və niyə bununla bağlı məlumat verilmədiyi barədə baş redktorun suallarına cavab verməyən yol polisi baş leytenantı təkidlə avtomobili cərimə meydançasına aparılmasını tələb edib.

Buna heç bir etiraz etməyən baş redaktor bildirb ki, cərimənin miqdarı və hansı MMX nömrəsi altında olduğunu bildirsin və dərhal cəriməni ödəsin. Cərimə barədə məlumatı olmadığını, buna baxmayaraq cəriməni ödəməyə hazır olduğunu dəfələrlə bildirən baş redaktorun bu istəyini də nəzərə almayan polis əməkdaşı maşını cərimə meydançasına yerləşdirib.

“Cərimə barədə heç bir məlumatım olmayıb və onu ödəməyə hazır idim. Çünki, heç bir xəbərdarlıq, heç bir telefon zəngi və ya bildiriş bizə daxil olmayıb. Amma buna baxmayaraq, qanunların aliliyinə inanaraq cəriməni ödəməyə hazır olduğumu bildirdim. Hətta mətbuat işçisi olmağımı, polis işçilərinə böyük hörmətimin olduğunu və qarşılıqlı əməkdaşlıq çərçivəsində işlədiyimizi də yol polisi əməkdaşına bildirdim. Dəfələrə əlavə etdim ki, cəriməni yerində ödəməyə hazıram. Heç bir nəticə olmadı və 99 YP 332 nömrəli xidməti maşını idarə edən Kamran adlı (özünü belə təqdim etməmişdi. Adını cərimə meydançasında xahiş minnətlə öyrəndim) polis əməkdaşı maşını cərimə meydançasına aparmaqla yanaşı maşına məxsus sənədləri də götürüb ərazidən uzaqlaşdı”.

Baş verənlər barədə dərhal Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin içtimaiyhyətlə əlaqələr şöbəsinin müdiri polkovnik Vaqif Əsədovu məlumatlandırdım. V.Əsədov açıq şəkildə bildirdi ki, mən heç bir kömək edə bilmərəm və bunu araşdırmaq lazımdı. Təəsüflər olsun ki, axşama kimi heç kim heç nəyi araşdırmadı və bütün cəhdlərim nəticəsiz qaldı.

Elə isə maraqlıdır… Nəyi və niyə araşdırmaq lazımdır? Cərimə barədə heç bir məlumat verilməyibsə və üstəlik cərimənin dərhal ödənilməsinə hazır olduğumuz halda nəyi araşdırırıq?

Cəriməni dərhal ödədik. Buna baxmayaraq redaksiyaya məxsus avtomobili nə cərimə meydançasından çıxardıq, nə də mənə məxsus sənədləri ala bildik. Maşının cərimə meydançasına niyə saxlandılğının səbəbini bilmirik.

Özümüzün araşdırmalarımız nəticəsində bəlli oldu ki, MMX cəriməsi 28.07.2015 tarixinə yazılıb. 2015-ci ilin iyul ayında yazılan cərimə indi üzə çıxıb. Hansı ki, o gündən bu günə kimi, bir neçə dəfə əlavə cərimələr ödənilib. Necə olur ki, bundan sonrakı tarixlərə olan cərimələr ödənilib, məhz bu cərimə ödənməmiş qalıb və üstəlik yol polisi əməkdaşları bu barədə mənə heç bir xəbərdalıq etməyib. Qanuna görə, cərimə 3 aydan artıq ödənilmədikdə avtomobilə həbs qoyulur və cərimə ödətdirilir. Həmçinin dəfələrlə poçt və banklara yaxınlaşıb avtomobilin cəriməsi olub-olmadığını yoxlatdırmışıq. Lakin bu barədə heç bir məlumat verilməyib.

Bütün bunlara baxmayaraq cəriməni ödədik və əlavə propblemlərin yaranmamasına çalışdıq. Lakin hələ də redaksiyaya məxsus avtomobili cərimə meydançasından çıxara bilmirik. Heç bir səbəb göstərilmir… heç kim dəqiq bir söz demir.

Həmişə qanunun aliliyini daha üstün tutan ixtisaslı jurnalist kimi Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab Ramil Usubovdan xahiş edirəm. 

Bu günə kimi, polisin fəaliyyətini dəstəkləyən mətbu orqanın baş redaktoruyam. Azərbaycanda qanunun aliliyinə inaniram və mənə qarşı edilən bu haqsızlığın araşdırlması barədə göstəriş vermənizi artıq dərəcədə xahiş edirəm. Bu kimi hadisələr polisin işinə ciddi xələl gətirir, polisin ağır və cətin işini vətəndaşların gözündə heçə endirir. 

Cənab nazir… Sizdən xahiş edirəm…

Bir vətəndaş olaraq bilmək istəyirəm ki, cərimə hansı ünvanda yazılıb və mən nəyə görə 68 manat c’rimə ödədim. Üstəlik niyə 7 aydan sonra ödədim? Bu barədə bizə niyə məlumat verilməyib…

İnanıram ki, sizin tapşırıqlarınız nəticəsində haqq öz yerini tutacaq. 

“arxiv.bizimxeber.az” İnformasiya Agentliyin
baş redaktoru Ədil Hüseynli



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə