Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Masallı xəstəxanası önündə aksiya
Masallı xəstəxanası önündə aksiya
16 Dekabr 2015 / 23:45 / Baxış sayı: 784
Font1 Font2 Font3 Font4

Xəstəxanada qəbul edilməyən vətəndaş küçənin ortasında yerə uzanıb Dekabrın 15-də Masallı şəhərinin İsgəndərli qəsəbəsində yerləşən xəstəxananın qarşısında qeyri-adi etiraz aksiyası olub. 

Hadisə şahidlərinin verdiyi məlumata görə, adıçəkilən tibb müəssisəsində qəbul etmədiyinə görə şəkildə gördüyünüz bu vətəndaş yaxınlıqdan keçən yolun ortasında yerə uzanıb. Nəticədə həmin küçədə avtomobillərin hərəkəti bir müddət məhdudlaşıb, əraziyə xeyli sayda insan toplaşıb.///infom.az 

Masallıdan Arqument.Az-a verilən məlmata görə, 78 yaşlı Hacıyev Zülfüqar Qudrət oğlu Qaraçuxur məscidində ölüyuyan işləyirmiş. Şahidlərin dediyinə görə məscidin yandırılmasına görə kimlərinsə üzünə durmağa məcbur edilibmiş.

Deyilənə görə əvvəllər də bu “iş”lə məşğul olub zaman-zaman. Bu dəfə isə üzə durmaqdan imtina edib və işdən ayrılıb rayona gəlib. Təhdidlərdən yaxa qurtarmaq üçün xəstəxanaya gedib. Hətta reanimasiyada da yatıb. Həkimlər yoxlayıblar sağlam çıxıb, sağlam olduğu üçün xəstəxanadan çıxarıblar. O isə çıxmaq istəməyib və sonda xəstəxana yorğanını götürərək gedib yolun üstündə uzanıb. Baş verənlərlə bağlı Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərovdan mövqe öyrənmək mümkün olmayıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə