Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Akif Səlimov Laçın obalarına “xüsusi təyinatlı” güdükçülər qoyub? – Video
Akif Səlimov Laçın obalarına “xüsusi təyinatlı” güdükçülər qoyub? – Video
17 Dekabr 2015 / 12:40 / Baxış sayı: 988
Font1 Font2 Font3 Font4

Ağcabədi rayonunun Taxtakörpü adlanan ərazisində yaradılan “Laçın obaları”nda sosial problemlər kifayət qədərdir

Bununla bağlı Savash.org-a məlumat verən sakinlərin sözlərinə görə, ərazidə minimum yaşayış üçün belə şərait yoxdur, Laçın Rayon İcra Hakimiyyətinə edilən şikayətlər isə fayda vermir.

Daxil olan məlumatda bildirilir ki, sakinlərin Laçın RİH başçısı Akif Səlimova problemlərlə bağlı şikayətləri heç bir fayda vermir: “İnsafən, qeyd olunmalıdır ki, şikayətçiləri Akif Səlimov şəxsən qəbul edir. Özünün imkanı olmayanda isə qəbulu müavinləri keçirir. Amma bunun nə faydası? Akif Səlimov və müavinləri sadəcə problemləri dinləmək və məsuliyyəti üzərlərindən atmaqla məşğuldur. Laçın RİH problemləri aidiyyatı üzrə digər dövlət qurumlarının üstünə atmaqla gün keçirirlər. Ev problemiylə yanlarına gedəndə deyirlər ki, bu “Qaçqınkomluq”du, sosial yardımın rüşvətlə verildiyindən şikayətlənəndə deyirlər ki, bu Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin işidir və s. Biz başa düşmürük, Akif Səlimovun və Laçın RİH-nin hansısa səlahiyyəti varmı, heç bir səlahiyyətləri yoxdursa desinlər, biz də bir daha icra hakimiyyətinin binası tərəfə getməyək”.

Laçın rayonunda hər şeyin nəzarət altında olduğunu bildirən mənbəmiz əhalinin təzyiq altında yaşadığını bildirir: “Laçın obalarının girişində və ətraf ərazilərdə xüsusi güdükçülər qoyulub. Onlar əraziyə daxil olan hər bir şəxs və ya avtomobillə bağlı Laçın RİH başçısını şəxsən məlumatlandırırlar. Bütün bu “təhlükəsizlik tədbirləri” isə Laçın obalarındakı real durumla bağlı informasiyaların kənara sızmasının qarşısını almaq üçün düşünülüb.

Xatırladaq ki, Laçın obalarında icra başçısı Akif Səlimovun idarəçiliyinə qarşı dəfələrlə etiraz aksiyası baş tutub. Odur ki, indi əlində telefon və ya fotoaparat olan istənilən şəxsin başının üstünü dərhal alırlar ki, mətbuata növbəti çəkiliş ötürülməsin. Təqdim etdiyimiz videogörüntülər isə bir müddət öncə Laçın obalarındakı etiraz aksiyasında lentə alınıb.

 

Sonda xatırladaq ki, Akif Səlimov rayondakı problemlərin işıqlandırılmaması üçün qatı müxalifətçilərdən biri ilə anlaşmaq zorunda qalıb və bu anlaşmanın şok detalları haqda yaxın günlərdə daha ətraflı məlumat verəcəyik.

Akif Səlimovun anlaşdığı və hakimiyyət üçün arzuolunmaz şəxslər siyahısında olan həmin “radikal”ın kimliyi, eləcə də digər ilginc təfərrüatlarla bağlı araşdırmalarımız davam edir.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə