Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Bakıda qəbir yerlərinin qiyməti 10-15 dəfə azaldılacaq“
“Bakıda qəbir yerlərinin qiyməti 10-15 dəfə azaldılacaq“
17 Dekabr 2015 / 12:47 / Baxış sayı: 1464
Font1 Font2 Font3 Font4

Azərbaycan qəbiristanlıqlarındakı mzəarlar öz dəbdəbəsi ilə “göz oxşayır” desək, yanılmarıq

Çünki dünyanın heç bir ölkəsində rəhmətə gedənlər üçün bizdəkilərə oxşar “əbədi mənzil” qurmurlar. Bir sözlə, bizim qəbiristanlıqlarımızda da kimin varlı, kimin kasıb olduğu aydın görünür… 
Uzun müddətdir haqqında söhbət gedən standart qəbir məsələsi isə artıq həll olunmaq ərəfəsindədir. Müvafiq dövlət qurumları belə deyir… Təkcə paytaxtda 2-3 min manata, hətta daha baha qiymətə qəbir yerləri satıldığını nəzərə alsaq, bəs bu halda qəbir yerlərinin bahalığını görüb ölmək istəməyənlərin aqibəti necə olacaq?
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Modern.az saytına deyib ki, hazırlanan qanun layihəsində bütün məsələlər nəzərə alınıb: “Burada söhbət yalnız qəbir yerləri və qəbir daşlarından deyil, eyni zamanda vahid qəbiristanlıqların yaradılması, onların idarə olunması, dəfn mərasimlərinin qeydiyyatı qaydalarının müəyyənləşdirilməsindən gedir. Nəzərinizə çatdırım ki, bu çox geniş qanun layihəsidir və çox zəruri məsələləri özündə birləşdirir.
Sənəd Şəhərsalma və Tikinti Məcəlləsi, “Bələdiyyələrin statusu haqqında”, “Dini etiqad azadlığı haqqında” qanunlarla birlikdə tənzimlənir və digər normativ hüquqi aktlarla müəyyən edilir. Burada məqsəd standart qəbirlərin olmasıdır.
Həmçinin, qanun layihəsində qəbiristanlığın yaşayış massivindən hansı məsafədə yerləşməsi, hansı su hövzələri yanında salına bilməməsi, gigiyenik qaydalara hansı dərəcədə riayət olunması kimi məsələlər yer alıb”.
Komitə sədri qeyd edib ki, bir nəfər üçün konkret qəbir yerinin ölçüsü də müəyyənləşib:
“Qəbir daşının hündürlüyü, uzunluğu, eni nə qədər olmalıdır, bir nəfər üçün neçə kvadrat yer ayrılmalıdır kimi məsələlər müəyyənləşdiriləcək. Eyni zamanda ardıcıllıq gözlənilməlidir. Məsələn, kimsə gəlib 1 hektar yer götürə bilməz ki, “mən nə vaxtsa öləndə burda dəfn edilim””.
Paytaxtda boş yerin məhdud olduğunu nəzərə alsaq, yeni qəbiristanlıqlar Bakıdan kənardamı salınacaq?
S.Novruzov yeni qəbiristanlıqların salınması üçün standart yerlərin müəyyənləşdiriləcəyini deyir:
“Elə qəbiristanlıqlar var ki, yaşayış məkanları ilə ara məsafəsi 20-30 metrdən çox deyil. Ayrı-ayrı xəstəliklər, kimyəvi tərkibli müalicələr var ki, qəbiristanlıqların yaxın olması buna əks təsir göstərir. Nəzərdə tutulub ki, yağış suları  nə aşağıda, nə də yuxarıda olmalıdır. Standart olaraq yer müəyyənləşməlidir.
Bu layihənin ən əsas məqsədi zəngin və kasıb fərqi qoyulmadan, hamı üçün eyni qəbiristanlığın yaradılmasıdır”.
İndiki halda qəbiristanlıqların yaşayış yerlərinə yaxın olduğunu nəzərə alsaq, qanun qüvvəyə mindikdən sonra onlar köçürülə bilərmi?
Deputat qeyd edir ki, qanunda qəbiristanlıqların köçürülməsi kimi məsələlərin hamısı öz əksini tapıb. O, həmçinin bildirir ki, qəbir yerləri üçün çox cüzi məbləğ müəyyənləşəcək:
“Qiymət məsələsi uyğunlaşdırılacaq. Bunun üçün hesablamalar aparılmalıdır. Sıravi vətəndaşlar üçün çox cüzi qiymət müəyyənləşib. Burada şəhid, Milli Qəhrəman ailələri, müharibə veteranları üçün çox böyük güzəştlər nəzərdə tutulub. Eyni zamanda imkansız insanların, kimsəsizlərin bələdiyyələr və digər strukturlar tərəfindən dəfni nəzərdə tutulub.
Onu qeyd etmək istəyirəm ki, qəbir yerləri üçün müəyyən ediləcək qiymət indikilərlə müqayisədə çox cüzi olacaq, təxminən10-15 dəfə az..”.


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə