Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Neft quyularında yanğın tamamilə söndürülüb – SOCAR
Neft quyularında yanğın tamamilə söndürülüb – SOCAR
17 Dekabr 2015 / 13:23 / Baxış sayı: 330
Font1 Font2 Font3 Font4

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündəki qəza nəticəsində yanan neft quyularında yanğın tamamilə söndürülüb. Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib. 

O qeyd edib ki, bununla dənizə neft dağılmalarına görə yarana biləcək ekoloji fəlakətin qarşısı tamamilə alınıb. N.Quliyevin sözlərinə görə, platformadakı yanan qaz quyularında isə yanğın söndürülmək üzrədir.

“Biz yanğını ən qısa zamanda söndürməyə çalışırıq. Yanğın söndürüldükdən sonra platformada rekonstruksiya işləri aparılacaq. Bundan sonra quyular yenidən istismara veriləcək” – o, əlavə edib.

Xatırladaq ki, dekabrın 4-də güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə