Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Neft Fondunun Moskvadakı 133 milyon dollarlıq obyekti bağlanır
Neft Fondunun Moskvadakı 133 milyon dollarlıq obyekti bağlanır
17 Dekabr 2015 / 17:40 / Baxış sayı: 1950
Font1 Font2 Font3 Font4

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bir sıra KİV-də Moskva şəhərində Tverskaya,16 ünvanında yerləşən “Gallery Actor” ofis-ticarət mərkəzinin bağlanmasına dair yayılan məlumatla əlaqədar açıqlama yayıb.

Fonddan virtualaz.org saytına verilən məlumatda bildirilib ki, qeyd edilən mərkəzin ticarət obyektləri yerləşən üçmərtəbəli hissəsinin dünyanın məşhur brendlərindən birinə 32 il müddətinə icarəyə verilməsi nəzərdə tutulur: “Bu da öz növbəsində binanın qiymətinə və ARDNF tərəfindən yatırılmış investisiyanın gəlirliliyinə müsbət təsir göstərəcək. Bununla əlaqədar müvafiq işlər aparılır”.

* * *

14:12

Moskvanın mərkəzində yerləşən “Aktyor Qalereyası” ticarət kompleksi faliyyətini dayandırır.

Virtualaz.org saytı xəbər verir ki, bu haqda RBC agentliyi bildirir.

“Aktyor Qalereyası” ticarət kompleksi Azərbaycan Dövlət Neft Fondunun mülkiyyətindədir. Fond binanı xarici ölkələrdə kommersiya təyinatlı daşınmaz əmlaka investisiya yatırılması siyasəti çərçivəsində satın alıb.

Xəbərə görə, hazırda ticarət mərkəzinin qarşısında binanın yanvaın 10-dan etibarən fəaliyyətini dayandıracağını bildirən elan asılıb. Mərkəzin bağlanacağını onun əməkdaşları da təsdiq edir. Bildirilir ki, bəzi mağazalar yanvarın 10-nu gözləmədən fəaliyyətini dayandıracaqlar.

Əməkdaşlardan biri deyib ki, bina rekonstruksiya olunacaq və gələcəkdə orada univermaq açıla bilər.

Ticarət mərkəzini idarə edən “Tverskaya, 16” ASC binanın bağlanması haqda suala cavab verməyib.

“Aktyor Qalereyası” 1996-cı ildə “Aktyorlar evi”nin yanan binasının yerində açılıb. Bu, Moskvada ilk biznes-mərkəzlərdən biri idi. Binanın mülkiyyətçisi olan “Tverskaya, 16” ASC-nin səhmlərinin 100 faizi Azərbaycan Dövlət Neft Fonduna məxsusdur.

Fond binanı 2012-ci ildə 133 milyon dollara almışdı. Binanın yenidən nə vaxt açılacağı haqda heç bir məlumat yoxdur.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə