Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Milli QHT Forumu toplaşdı
Milli QHT Forumu toplaşdı
17 Dekabr 2015 / 17:58 / Baxış sayı: 1158
Font1 Font2 Font3 Font4

Azərbaycan Milli QHT Forumu (MQF) İdarə Heyətinin 16 dekabr 2015-ci il tarixində növbəti iclası keçirilmişdir. MQF İdarə Heyətinin sədr müavini Umud Rəhimoğlu iclası açıq elan edərək, İdarə Heyətinin üzvlərini və qonaqları salamladı. Sonra MQF-nin prezidenti Rauf Zeyni hamını salamlayaraq, gündəlikdə duran məsələlər haqqında iştirakçılara qısa məlumat verdi. Daha sonra yeni təşkilatların – “Marketinq Fəaliyyətinin İnkişafına Dəstək” İB, “İnsan Alveri və İstismarına Qarşı Maarifləndirmə” İB, “Gənc Mühəndislərin İnkişafı” İB, “Gənclər və tele-kinomotoqrafiya” İB və “Təmiz Dünya” Qadınlara Yardım İB-nin MQF-yə üzv qəbul edilməsi İdarə Heyətinin üzvləri tərəfindən müzakirə olundu və yeni təşkilatlar MQF-yə üzv qəbul olundu.

Sonra forumun prezidenti Rauf Zeyni MQF-nin fəaliyyəti və vətəndaş cəmiyyətinin mövcud vəziyyəti ilə əlaqədar İdarə Heyətinin üzvlərini məlumatlandırdı və bu il MQF-nin fəaliyyətini, vətəndaş cəmiyyətinin inkişafına verdiyi töhvələri yüksək qiymətləndirdi. Daha sonra Umud Rəhimoğlu və İdarə Heyətinin üzvləri məsələ ilə əlaqədar öz fikirlərini bildirdilər. Qeyd olundu ki, bütün çətinliklərə baxmayaraq, vətəndaş cəmiyyəti uğurla inkişaf edir və bundan sonra da vətəndaş cəmiyyəti daha sıx birləşməli və problemlərin həllinə çalışmalıdı.

Beləliklə, MQF İdarə Heyətinin növbəti iclasında gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olundu və MQF-nin üzvlərinin sayı 665-ə çatdı.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə