Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Zaferoğlu İnşaat“ MTN generallarının çirkli pullarını yuyub? – Fotolar
“Zaferoğlu İnşaat“ MTN generallarının çirkli pullarını yuyub? – Fotolar
17 Dekabr 2015 / 18:42 / Baxış sayı: 528
Font1 Font2 Font3 Font4

MTN generallarına arxayın olaraq “Zaferoğlu İnşaat” şirkətinin hər il həyata keçirtdiyi on milyonlarla manatlıq gəlirlərinin vergisini dövlətdən gizlətdiyi iddia olunur. 

AZMedia.info-ya özəl mənbələrdən daxil olan məlumata görə həbs olunan MTN generallarından birinin havadarlıq etdiyi şirkətlərdən biridə ölkəmizdə və digər dövlətlərdə təmir, tikinti, dizayn  işləri ilə məşğul olan “Zaferoğlu İnşaat” şirkətidir.

Məlumatlı mənbə iddia edir ki, şirkətin rəhbəri Zəfər Məmmədov MTN generalının havadarlığından istifadə edərək illərdir dövlətə verilməli olan külli miqdarda vergi ödəməsindən yayınıb. Şirkət rəhbəri Zəfər Məmmədov Zaferoğlu İnşaat”-ın gördüyü milyonluq işlərə görə dövlət çox cuzi miqdarda vergi ödəməklə işini bitmiş sayıb. Mənbə bildirir ki, ümumiyyətlə “Zaferoğlu İnşaat” şirkəti bu günə qədər Vergi orqanlarını demək olar ki, saymayıb. Hər hansı bir problemi olduqda isə birbaşa Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi, hazırda «MTN işi»ndə əsas  fiqurantlardan biri olaraq həbs edilən general Vidadi Məmmədova zəng edib. Bir neçə dəfə bu hal təkrar olunduqdan sonra isə, vergi məmurları “Zaferoğlu İnşaat” şirkətinin fəaliyyəti ilə demək olar ki, maraqlanmayıblar.

Zəfər Məmmdəovun bir çox MTN generalının evini, villasını və obyektini pulsuz təmir etdiyi deyilir. Mənbəmiz qeyd edir ki, gənc iş adamı Bakı şəhərində bir çox dövlət binasının təmir edilməsi tenderini udmasındada ona köməkliyi məhz havadarı olan MTN generalı köməklik edib. Şirkət il ərzində paytaxt Bakıda və bölgələrdə milyonlara manatlıq layihələr həyata keçirdərək yaxşı qazanc əldə edib. Bundan başqa “Zaferoğlu İnşaat” şirkətinin Gürcüstanda, Türkiyədə, BƏƏ-də, Rusiyada və digər ölkələrdə həyata keçirtdiyi tikinti işlərində əsas maliyyyə qaynağından biri  Akif Çovdarov olub.

Mənbə bildirir ki, gənc olmasına baxmayraq, Zəfər Məmmədovun Akif Çovdarovun bu qədər gözünə girə bilməsi də maraqlıdır. Belə ki, mənbə iddia edir ki, Zəfər Məmmədov «Akula» ləqəbli Akif Mustafayev kimi iş adamları haqqında məlumatları Akif Çovdarova ötüprüb. Zəfər Məmmədovun əslində «Akula» ləqəbli Akif Mustafayev tərəfindən həm biznesə, həm də MTN-ə gətirdiyi bildirilir. Elə ona verilən və “Zaferoğlu İnşaat”a yatırılan sərmayənin böyük bir hissəsinin də məhz MTN generallarına aid olduğu qeyd olunur. İlin çox hissəsini Dubayda keçirən Zəfər Məmmədovun digər işi də müxtəlif şirkətlər vasitəsi ilə MTN generallarının çirkli pullarını yumaq olub. Bu barədə və Zəfər Məmmədovun Dubay macəraları haqqda növbəti yazımızda daha ətralı məlumat verəcəyik.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

AzMedia.info

Zəfər Məmmədovun əslində «Akula» ləqəbli Akif Mustafayev tərəfindən həm biznesə, həm də MTN-ə gətirdiyi bildirilir. Elə ona verilən və “Zaferoğlu İnşaat”a yatırılan sərmayənin böyük bir hissəsinin də məhz MTN generallarına aid olduğu qeyd olunur.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə