Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Müalicələrlə bağlı reklama görə cərimələr tətbiq ediləcək
Müalicələrlə bağlı reklama görə cərimələr tətbiq ediləcək
17 Dekabr 2015 / 21:11 / Baxış sayı: 1950
Font1 Font2 Font3 Font4

Azərbaycanda tətbiqinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilməyən müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının reklamına görə 2 min manatadək cərimə tətbiq ediləcək.

Milli Məclisdən verilən məlumata görə, yeni hazırlanan İnzibati Xətalar Məclləsi layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilməyən müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının reklamına görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək, hüquqi şəxslər isə 1000 manatdan 2000 manatadək cərimə ediləcəklər.

Yeni layihədə həkim resepti əsasında buraxılan dərman vasitələrinin reklam edilməsinə görə cərimələrin məbləği də artırılır. Hazırda bu hala görə vəzifəli şəxslər 90 manat, hüquqi şəxslər 300 manat cərimə edilir. Yeni layihədə isə həkim resepti əsasında buraxılan dərman vasitələrinin reklamına görə də vəzifəli şəxslər 300 manatdan 500 manatadək, hüquqi şəxslər 1000 manatdan 2000 manatadək cərimə ediləcəklər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə