Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Avropa Gənclər Paytaxtı 2016”nın rəmzi açarı Gəncəyə gətirilib
“Avropa Gənclər Paytaxtı 2016”nın rəmzi açarı Gəncəyə gətirilib
18 Dekabr 2015 / 11:05 / Baxış sayı: 1926
Font1 Font2 Font3 Font4

“Avropa Gənclər Forumu”nun həyata keçirdiyi beynəlxalq layihəyə əsasən Gəncə 2016-cı ildə “Avropa Gənclər Paytaxtı” olacaq. Bu gün “Avropa Gənclər Paytaxtı 2016”nın rəmzi açarı Rumıniyanın Kluj Napoka şəhərindən Gəncəyə gətirilib.

Gəncəli gənclər Avropanın gənclik rəmzini böyük coşqu ilə qarşılayıblar. Açarın qəbul edilməsi mərasimində rəmzi olaraq Gəncənin dahi mütəfəkkiri Nizami Gəncəvi, Məhsəti Gəncəvi və Mirzə Şəfi Vazeh də iştirak ediblər. Rəqqas və musiqiçilərin ifaları mərasimi daha da maraqlı edib.

Elmir Vəliyev- “Gəncə AGP-2016” İctimai Birliyinin sədri: “Təbii ki, bütün bunlar Prezident cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının nəticəsidir. Mən bütün Gəncə gənclərini təbrik edirəm. 2016-cı ildə bizim möhtəşəm beynəlxalq layihələrimiz olacaq”.

Gəncə gəncləri “Avropa Gənclər Paytaxtı”nın rəmzi açarını qəbul etdikdən sonra, şəhərdə avtoyürüş təşkil edilib. “Gəncə AGP-2016” avtobusu açarla birlikdə şəhərin mərkəzi küçələrini dolaşıb, açar Nizami Gəncəvinin Məqbərəsi və Qala Qapılarına aparılıb.

Avropa Gənclər Paytaxtının rəmzi açarı artıq Gəncədədir. Bu açar 2016-cı ilin Gəncə və gəncəlilər, xüsusilə də gənclər üçün çox maraqlı və məsuliyyətli olacağını xatırladır. Çünki “Avropa Gənclər Paytaxtı” adını qazanmaqla, Gəncə 2016-cı ildə sadəcə özünün yox, bütöv Azərbaycanın mədəniyyəti və tarixini Avropada təmsil etmək imkanı əldə edib. Bu imkandan maksimum şəkildə yararlanmaq lazımdır.

Bu tarixi günün sevincini yaşayan gənclər də üzümüzə gələn ilin məsuliyyətini dərk edirlər.

Avtoyürüşü şəhər sakinləri də maraqla qarşılayıb. Təntənəli mərasim Heydər Əliyev Meydanında, ulu öndərin abidəsini ziyarətlə yekunlaşıb. Qeyd edək ki, Avropa Gənclər Paytaxtının rəmzi açarı ötən gün 2015-ci ilin Avropa Gənclər Paytaxtı olan Rumıniyanın Kluj Napoka şəhərində təşkil olunan təntənəli mərasimdə Gəncənin nümayəndə heyətinə təhvil verilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə