Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yelizaveta Diana Şarlottanın valideynləri ilə yeni fotosu (FOTO)
Yelizaveta Diana Şarlottanın valideynləri ilə yeni fotosu (FOTO)
18 Dekabr 2015 / 17:07 / Baxış sayı: 1324
Font1 Font2 Font3 Font4

Bu foto kral ailəsinin “Twitter” səhifəsində yer alıb.

Kembriç hersoqinyası Keyt Middeltonun və Kembriç hersoqu şahzadə Uilyamın 7 aylıq qızı şahzadə Yelizaveta Diana Şarlottanın yeni fotoları yayılıb. 

Kensinqton sarayının həyətində çəkilən fotolarda həm valideynlər, həm də uşaqlar qeyri-rəsmi geyimdədirlər. Oktyabr ayında çəkilən bu şəkil bu gün krallığın “Twitter” səhifəsində paylaşılıb.


Fotoqraf Kris Cefin dediyinə görə, kral ailəsi ilə işləmək böyük fəxrdir. Şəkil bağda yarpaqların arasında çəkilib.

Yanvardan isə balaca iki yaşlı Corc ilk dəfə Norfolkda yerləşən bağçaya gedəcək. Onu indidən orada böyük səbirsizliklə gözləyirlər.

Kral ailəsinin yeni fotosu
Bundan əvvəl balaca şahzadənin əlində ayı tutduğu bir şəkil də paylaşılıb. Şarlotta bu güllü paltarı ilə hər kəsin diqqətini cəlb edib. Yelizaveta Diana Şarlotta 2015-ci il mayın 2-də dünyaya gəlib. Şarlotta, babası 67 yaşlı şahzadə Çarlz, 33 yaşlı atası şahzadə Uilyam, 28 aylıq qardaşı şahzadə Corcdan sonra Birləşmiş Krallıq taxt-tacının 4-cü varisidir.




Şarlottanın ilk şəkli



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə