Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Hilal Əsədov işdən çıxarıldı
Hilal Əsədov işdən çıxarıldı
18 Dekabr 2015 / 18:55 / Baxış sayı: 754
Font1 Font2 Font3 Font4

Milli təhlükəsizlik nazirinin müavini postunu tutan Hilal Əsədov dünən – dekabrın 17-də vəzifəsindən azad edilib. Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mötəbər mənbələrdən məlumat daxil olub.

Xatırladaq ki, MTN dekabrın 14-də prezident İlham Əliyevin fərmanı ilə buraxılıb, onun əsasında iki müstəqil qurum – Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Bildirilir ki, Xarici Kəşfiyyat Xidməti rəisinin müavinləri postuna təqdimatı verilən və siyahısı dövlət başçısına göndərilən şəxslərin arasında general Hilal Əsədovun adı yoxdur. O, dünəndən etibarən tutduğu vəzifədən azad olunmuş hesab edilir.

Sabir nazir Eldar Mahmudovun keçmiş müavinləri arasında yalnız nazir müavini Əli Şəfiyev Dövlət Təhülkəsizliyi Xidməti rəisinin müavini vəzifəsində saxlanıb.

Virtualaz.org



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə