Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiyada türk banklarına polis basqını – YENİLƏNİB
Rusiyada türk banklarına polis basqını – YENİLƏNİB
18 Dekabr 2015 / 19:38 / Baxış sayı: 208
Font1 Font2 Font3 Font4

Banklar çirkli pulların yuyulmasında şübhəli bilinirlər.

Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Rusiya ərazisində yerləşən dörd türk bankında “çirkli pulların yuyulması” şübhəsi ilə yoxlama aparıblar,“Hurriyet” qəzeti öz mənbələrinə istinadən yazır.

Oxu.Az xəbər verir ki, mənbələrin sözlərinə görə, hər hansı bir qeyri-qanuni fəaliyyətə dair dəlil tapılmayıb.

Bununla yanaşı, nəşrin məlumatına görə, adı çəkilməyən türk biznesmeninin çirkli pullarının yuyulmasında şübhəli bilinən daha 20 Rusiya bankında da yoxlamalar aparılıb.

13:17

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Türkiyənin Rusiyada fəaliyyət göstərən 4 bankının filialına basqın edib.

Oxu.Az hurriyet.com.tr-yə istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin hədəfində yalnız türk bankları olmayıb. Türkiyənin maliyyə qurumları ilə yanaşı, Rusiyanın 20 bankına da basqın edilib.

Məlumata görə, Türkiyənin “Ziraat Bankası”nın bir şöbəsi, “Garanti Bankası”nın “Garanti Bank Moskva”, Rusiyanın “Sofiya Bankı”nı alan “İş Bankası”nın “İşBank”ı, “Fiba Holding”in “Gredit Europe”, “Yapı kredi”nin eyni adlı Moskva şöbəsi, habelə “Rusiya Sberbank”ın əsas iştirakçısı olan “Deniz bankası” da Rusiyada fəaliyyət göstərir.

Rusiya Federal Təhlükəsizlik Xidmətindən bildirilib ki, həyata keçirilən əməliyyatın əsas məqsədi Türkiyə vətəndaşı olan bir iş adamının çirkli pulların yuyulması ilə bağlı fəaliyyətini ortaya çıxarmaqdır.

Ancaq Rusiyada bank sektorunda çalışan Türkiyə vətəndaşı deyib ki, əsas məqsəd türk banklarına və iş adamlarına təzyiq etməkdir:

““Çirkli pul” bəhanəsi ilə bankları narahat edirlər”.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə