Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Cahangir Hacıyev bu gün təcridxanaya köçürüləcək
Cahangir Hacıyev bu gün təcridxanaya köçürüləcək
19 Dekabr 2015 / 13:14 / Baxış sayı: 176
Font1 Font2 Font3 Font4

Barəsində həbs-qətimkan tədbiri seçilmiş “Azərbaycan Beynəlxalq Bankı” ASC İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev bu gün 1 saylı İstintaq Təcridxanasına köçürüləcək. 

Bu barədə “Report”a C.Hacıyevin vəkili Aqil Layicov məlumat verib. C.Hacıyev hazırda Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) saxlanılır.

Xatırladaq ki, A.Layicov mətbuata açıqlamasında C.Hacıyevin BMCMİ-də saxlanılmasının qanunsuz olduğunu və bu səbəbdən də məhkəməyə müraciət etdiklərini deyib.

Qeyd edək ki, C.Hacıyev dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. C.Hacıyev Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə