Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İtkin neftçilərin axtarışı hələ davam edir
İtkin neftçilərin axtarışı hələ davam edir
19 Dekabr 2015 / 14:48 / Baxış sayı: 1102
Font1 Font2 Font3 Font4

“28 may” Neft-Qaz Çıxarma İdarəsinin “Günəşli” yatağının 10-cu platformasında baş verən yanğından sonra oradakı işçilərin bir qismi xilas edilsə də 23 nəfər hələ də itkindir.

SOCAR-ın platformadakı yanğının söndürülməsi və itkin düşənlərin axtarış işləri barədə operativ məlumatlar yaymaq üçün yaratdığı qərargahın son yaydığı məlumata görə, hələ də heç kim tapılmayıb.

Operativ qərargahın keçirdiyi mətbuat konfranslarının birində rəsmilər bildirmişdi ki, SOCAR-ın təcrübəsində itkin düşən işçilərin ümumiyyətlə tapılmaması və axtarışların dayandırılması faktları da var.

Bəs itkin düşən şəxslər minimum neçə müddət axtarılır? Onların öldüyü və axtarışın dayandırılması barədə qərar necə verilir?

Bu suallara cavab verən vəkil Cavad Cavadov virtualaz.org saytınaaçıqlamasında bildirib ki, qanuna görə, itkin düşən şəxsin ölmüş elan edilməsi yalnız məhkəmə qərarı ilə mümkündür və bu məsələ Mülki Məcəllənin 41-ci maddəsi ilə tənzimlənir: “Əgər şəxs ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Bu zaman məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər”.

“Günəşli” platformasında baş vermiş yanğın nəticəsində itkin düşən işçilərin axtarışının dayandırılması məsələsinə gəldikdə isə vəkil vurğuladı ki, bununla bağlı qərarı axtarış işini aparan qurumlar verməlidir: “Beynəlxalq praktikada bir qayda olaraq axtarışı aparılan şəxslərin sağ qalma ümidinin artıq olmamasına ağlabatan güman olmadıqda axtarış işləri dayandırılır”.

SOCAR isə bir neçə gün əvvəl yaydığı açıqlamada axtarışların daha da intensivləşdiyini, itkin düşən neftçilərin axtarışının təyyarə və helikopterlər vasitəsilə davam etdiyini bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə