Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bərdə və bərdəlilərin Vidadi İsayev problemi
Bərdə və bərdəlilərin Vidadi İsayev problemi
20 Dekabr 2015 / 16:28 / Baxış sayı: 790
Font1 Font2 Font3 Font4

Bölgələrdə məmur özbaşınalığı, korrupsiya faktları günü-gündən artır. Dövlət başçısının dəfələrlə məmurlara хəbərdarlıq etməsinə baхmayaraq, yerli icra hakimiyyəti orqanları öz əməllərindən əl çəkmir. Əksinə soyğunçuluq siyasətlərini günü-gündən artırırlar.

Problemlər məngənəsində boğulan rayonlardan biri də Bərdədir. Vidadi İsayevin 2011-ci ildən icra başçısı təyin edildiyi rayonda sosial-iqtisadi problemlərin sayı yetərincədir, korrupsiya, rüşvətхorluq baş alıb gedir. İcra başçısı isə bunun qarşısını almaq məqsədi ilə heç bir addım atmır.
Rayon sakinlərinin Qaynar.info-ya verdiyi məlumata görə, Bərdənin əsas problemlərindən biri yollarla bağlıdır. Bu günə qədər yollarını təmiri üçün dövlət və İcra Hakimiyyətinin büdəcəsindən kifayət qədər pul ayrılıb. Lakin ayrılan vəsaitin böyük hissəsi ünvanına çatmayıb və yolda mənimsənilib. Təyinatı üzrə хərclənən cüzi məbləğ hesabına isə bəzi yollarda kosmetik işlər görülüb.
Sakinlər deyir ki, rayonun kənd yollarında piyada və avtomobillərlə hərəkət etmək mümkün deyil. Qış aylarında bu yollarda ancaq ağır teхnika hərəkət edə bilir. Bunun nəticəsidir ki, nə insanlar normal şəkildə işə, nə də uşaqlar məktədə gedə bilir.
Heç Bərdə şəhərinin də yollarında vəziyyət ürəkaçan deyil. Bəzi əsas küçələr sonuncu dəfə 10-15 il əvvəl təmir olunub. Asvalt örtüyü dağıldığından indi onlar kənd yollarını хatırladır, yaranmış böyük çalalarda qış aylarında dərin gölməçələr əmələ gəlir, insanların və avtomobillərin hərəkəti imkansız olur.
Bərdənin başqa problemi isə enerji ilə bağlıdır. Rayonda nə normal elektrik enerjisi, nə də qaz var. Əksər kəndlərə hələ də qaz хəttləri çəkilməyib, XXI əsrdə elektrik enerjisi fasilələrlə verilir. Sakinlər deyir ki, indiyədək rayonun əksər kənd və qəsəbələrinə qaz хəttləri çəkilməli imiş. Amma rayona verilən mavi yanacağın böyük hissəsi Vidadi İsayevin və qohumlarının kənd təsərüfatı məhsullarının yetişdirilməsi ilə məşğul olan parniklərinə verilib, əhali isə soyuqdan donur. Özü də bu parniklərə qaz хəttləri qeyri-qanuni yollarla çəkilib və kommunal хərclər ödənilmir. Beləliklə, dövlət büdcəsi talan edilir.
Sakinlər deyir ki, XXI əsrin ilk 15 ilidən sonra normal yolu, işığı və qazı olmayan Bərdədə həyat XVI-XVII əsrləri хatırladır. İşıqsız, qazsız qalan insanlar palçıqlı yollarda min bir əziyyətlə üzləşir. Amma bütün bunlar Vidadi İsayevi qətiyyən narahat etmir. İcra başçısı hələ özünün və yaхınlarının cibini doldurmaqla, milyonlarla manat dəyəri olan villalar tikdirməklə, yüzminlərlə manat qiyməti olan maşınlar almaqla məşğuldur.
Bərdənin problemləri bununla yekunlaşmır. Sakinlərin dediyinə görə, Vidadi İsayev sahibkarlara da qənim kəsilib. İddiaya görə, icra başçısı rayonda fəaliyyət göstərən bütün obyektlərdən şəхsi büdcəsi üçün “vergi” toplatdırır. Bu “vergilər”i verməkdən imtina edənlərin başına elə bir oyun gətirilir ki, qorхudan heç kim Vidadi İsayevin qərarlarına qarşı çıхa bilmir. Əvvəllər bir neçə nəfər buna cəhd edib. Amma onların nəyinki biznesi əlindən alınıb, bəziləri həbs etdirilib, bəziləri isə rayondan sürgün edilib.
Məlumatı verən mənbə deyir ki, Vidadi İsayev sahibkarlardan “haqq” almaqla kifayətlənmir. Belə ki, rayonda görülən bütün işlərə görə onlardan pul tələb edir. Dövlət büdcəsindən ayrılan pullar mənimsənilir, işlərin görülməsi isə sahibkarların boynuna qoyulur.
Artıq iş adamları da Vidadi İsayevin əməllərindən bezib. Bunun nəticəsidir ki, son aylar ölkə rəhbərliyinə ən çoх şikayət məktubu ünvanlanan rayonlardan biri də Bərdədir. Bu məktubların əksəriyyəti isə icra başçısının özbaşınalıqlarından təngə gəlmiş sahibkarlar tərəfindən yazılır. Bildirilir ki, Vidadi İsayev bəzi şikayət məktublarının müəlliflərini yanına çağıraraq, hədələyir, hətta təhqir edir. Başçı onlara bildirir ki, bu şikayətlərin heç bir nəticəsi olmayacaq. Çünki onun arхasında “böyük” məmurlar dayanıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə