Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Get, kimə deyirsən, de, mən Abutalıbovun qohumuyam”
“Get, kimə deyirsən, de, mən Abutalıbovun qohumuyam”
20 Dekabr 2015 / 16:43 / Baxış sayı: 1400
Font1 Font2 Font3 Font4

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov 1/5 ünvanında yaşayan Firdovsi Vəliyev qonşusundan, daha dəqiq desək, Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Mais Məmmədovdan şikayət edir.

Şikayətin səbəb isə, Mais Məmmədovun özü üçün tikdirdiyi otaqdır. Belə ki, Firdovsi Vəliyev 1985-ci ildən bu ünvanda yaşayır. Onun yaşadığı ev, Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin binası ilə yanaşıdır. Və bu günə kimi hər hansı bir problem yaranmayıb.

Lakin birliyin rəisi özü üçün otaq tikdirmək qərarına gəlib. Bu tikinti də şikayətçi F.Vəliyevin evi üçün təhlükə yaradır. Çünki tikintinin bir hissəsi onun hasarının üzərində aparılır. Üstəlik, evinin arxa hissəsinə gedən yol da qapanır. Bu da gələcəkdə baş verə biləcək yanğın və bu kimi hadisələr zamanı xilasedicilərə mane ola bilər.

F.Vəliyev deyir ki, birlik rəisi heç bir şikayətə məhəl qoymur: “Müdir özü üçün otaq tikir. Mənə deyir ki, “Burada mühasibatlıq tikirəm”. Amma bilirəm ki, yalan deyir. Mühasibatlıq hamam, tualet olur? Bu tikintiyə görə mənim evimə gələn su kəsilib. Sobanın havalandırma borusunun ağzı kəsilib. Özünə dəfələrlə şikayət etmişəm. Fayda verməyib. Mənə deyir ki, “Get, kimə şikayət edirsən, et… Mən Hacıbala Abutalıbovun qohumuyam. Ərazi mənimdir, özüm bilərəm”. Hara şikayət edəcəyimi bilmirəm. Bu adam qanunsuz şəkildə tikintiyə davam edir. Normalda daşı-daş üstə qoyan kimi hər idarədən 4-5 nəfər gəlir. Bu adama isə bir söz deyən yoxdur”.

Şikayətçinin sözlərinə görə, tikinti zamanı heç bir təhlükəsizlik qaydalarına riayət edilmir: “Mənim evimdə yanğın olsa, mütləq bu adamı tapıb, ondan qapını açması üçün icazə almalıyam. Çünki tikinti elə aparılır ki, evimin arxa hissəsi sanki blokadaya düşür. Səhər tezdən başlayırlar, işləməyə… Evdə çəkic səsindən yatmaq olmur. Ustaları qınamıram. Onlar da “əmr qulu”durlar. Amma belə də olmaz. Hasarımın üstündən tikinti gedir. Üstəlik, bunu qəsdən ediblər. Çünki mən şikayət etməyə başladım. O da bu yolla məndən acıq çıxır.

Əvvəllər bu yerdə ağaclar var idi. Onları da kəsdilər. Tikinti əvvəllər ikinci mərtəbədə aparılırdı. Ona görə də, bir söz demədim. Çünki mənə mane olmurdu. Amma sonradan başladı, birinci mərtəbəni də tikməyə… Tikinti tamamı ilə qanunsuzdur. Mən öz evimdə rahat yaşaya bilmirəm. Hər an nəsə olacağından qorxuram. Belə çıxır ki, kimsə özünə rahat otaq tikdirəcək, mən evimdə qorxa-qorxa yaşayacağam? Bu işi belə qoymaram. Hər yerə şikayət edib, haqqımı tələb edəcəyəm”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə