Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Məgər dollar bahalaşıb?” – İqtisadi-siyasət komitəsinin üzvü
“Məgər dollar bahalaşıb?” – İqtisadi-siyasət komitəsinin üzvü
21 Dekabr 2015 / 14:12 / Baxış sayı: 406
Font1 Font2 Font3 Font4

Məlum olduğu kimi, bu gün ölkənin əsas gündəmi manatın təxminən 50 faizə qədər ucuzlaşmasıdır. Millət vəkilləri, ictimai-siyasi xadimlər və ekspertlər manatın devalvasiyası barədə açıqlamalar verir, çıxış yolu üçün təkliflər irəli sürürlər.

Aznews.az-ın əməkdaşı məsələ ilə bağlı açıqlama almaq üçün millət vəkili İlham Əliyevlə əlaqə saxlayıb. Milli Məclisin İqtisadi-siyasət Komitəsinin üzvü İ.Əliyevin cavabı isə sözün əsl mənasında təəccüb doğurub: “Məgər dollar bahalaşıb? Mənim xəbərim yoxdur. Nə vaxt qalxıb? Neçəyə olub ki?”.

Azərbaycanda olmadığını deyən millət vəkili baş verənlərlə bağlı məlumatsız olduğu üçün şərh verə bilmədiyini deyib. Həmin komitənin digər üzvü, millət vəkili Xanhüseyn Kazımlı isə məsələdən xəbərdar olsa da bu barədə şərh vermək istəmədiyini deyib.

arxiv.bizimxeber.az



“Məgər dollar bahalaşıb?” – İqtisadi-siyasət komitəsinin üzvü yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə