Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Financial Times” manatın çöküşü haqda: “Bu gedişlə…”
“Financial Times” manatın çöküşü haqda: “Bu gedişlə…”
21 Dekabr 2015 / 16:06 / Baxış sayı: 164
Font1 Font2 Font3 Font4

Azərbaycanda Mərkəzi Bankın manatın məzənnəsini sərbəst buraxması beynəlxalq medianın da gündəmindədir. Virtualaz.org saytı xəbər verir ki, nüfuzlu “The Financial Times” qəzeti bu mövzuda operativ təhlil dərc edib.  

“Azərbaycan hökumətinin dolların kursunu sabit saxlamaq siyasətindən imtina etməsindən sonra manat çökür” – başlıqlı məqalədə deyilir ki, Mərkəzi Bank bu gün manatın kursunu sərbəst buraxıb. Nəticədə Azərbaycanın milli valyutası az qala 50 faiz dəyərdən düşüb. “Bu, neftin ucuzlaşmasının iqtisadyyatı tamamilə enerji daşıyıcısından asılı olan ölkələrə necə ağrılı təsir ediyinə dair daha bir nümunədir”-qəzet yazır.

“Financial Times” qeyd edir ki, fevral ayında Mərkəzi Bank manatın 34 faizlik devalvasiyasını həyata keçirmişdi. Son ucuzlaşmadan sonra isə manatın ilin əvvəlindən bəri az qala iki dəfə dəyərdən düşdüyünü göstərir.

“Bu, il ərzində ən pis göstərilərə malik olan valyutalardan biridir”– məqalədə deyilir.

Qəzet yazır ki, təkcə Azərbaycan deyil, iqtisadiyyatı neft gəlirləri sayəsində inkişaf edən digər ölkələr də neftin kəskin ucuzlaşmasına qəfil yaxalanıblar.

Bu gün neft son 11 ildə ən aşağı qiymətə satılıb. Azərbaycan Mərkəzi Bankı isə öz bəyanatında bildirir ki, “xarici iqtisadi çaxnaşmaların aktivləşməsi” nəticəsində manatın kursunu sabit saxlamaq artıq mümkün olmur.

“Azərbaycanın bu gün atdığı addım avqust ayında Qazaxıstanın atdığı addımın təkrarıdır. Qazaxıstan da üzən məzənnə siyasətinə keçəndən dərhal sonra milli valyutası sonrakı dörd ayda 40 faiz dəyər itirib”-“Financial Times” xatırladır.

Qəzet yazır ki, Azərbaycanın ixracının 95 faizdən çoxu neftdən asılıdır, gəlirlərinin dörddə üçü və ÜDM-nin 40 faizi neftin payına düşür.

“Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov fevral ayında “Financial Times”ə bildirmişdi ki, Azərbaycan dolların kursunun bazara intervensiya yolu ilə sabit saxlanılmasından imtina etməyə hazırlaşır, ancaq o vaxtdan bəri Mərkəzi Bank hələ də dolların bahalaşmasının qarşısını almaq üçün valyuta ehtiyatlarını xərcləyirdi”– məqalədə deyilir.

Qəzet xatırladır ki, Mərkəzi Bankın ehtiyatları kəskin azalıb. Neft Fondunun ehtiyatları da ilk dəfədir ki, azalmağa başlayır.

“Manatın kursunu sabit saxlamaq artıq mümkün deyildi. Əgər Mərkəzi Bank bu addımı atmasaydı valyuta ehtiyatları bu gedişlə – indiki xərcləmə tempi ilə 6 aya tamamilə tükənə bilərdi”– deyə GPW risk konsaltinq şirkətinin Mərkəzi Asiya və Qafqaz üzrə analitiki Livia Riggi manatın çökməsini “Financial Times”ə şərh edərkən bildirib.

Analitik qeyd edib ki, Mərkəzi Bank təkcə noyabr ayında manatı sabit saxlamaq çün 589 milyon dollar xərcləyib, dekabr ayında isə bu xərclənmə tempi daha da artıb.

Qəzet yazır ki, manatın kəskin ucuzlaşması 2016-cı il büdcəsində neftin qiymətini 50 dollardan götürən Bakını “kitabını yenidən yazmağa” məcbur edəcək. Həmçinin manatın ucuzlaşması ölkənin neft sektorunda SOCAR və BP kimi şirkətlərin xərclərini azaltmaqla onlara xeyir verəcək. Çünki bu şirkətlər nefti dollara satır, ancaq xərclərinin əsas hissəsini manatla ödəyir.

“Lakin bundan pensiyalarını, maaşlarını, əmanətlərini manatla alan sadə azərbaycanlılar zərər çəkəcək”- “Nomura” konsaltinq şirkətinin analitiki Tim Eş eyib.

Onun fikrincə, Azərbaycan hakimiyyəti indiyə qədər devalvasiyanı ona görə ləngidirdi ki, sosial stabilliyin pozulacağından ehtiyat edirdi.

Qəzet manatın çökməsinin bank sektoruna da ciddi zərər vuracağını yazıb. Çünki bundan əvvəlki devalvasiyada şirkətlər və fizik şəxslər öz depozitlərini dollara çevirdilər. Nəticədə kreditləri manatla verən bankların aktivlərində uyğunsuzluq yarandı. “Fitch” reytinq agentliyinin hesabatına əsasən noyabr ayına olan məlumata görə, banklardakı depozitlərin 70 faizi xarici valyuta ilə nominasiya olunub. Hərçənd ki, Mərkəzi Bank əmanətçilər və bankları qorumaq üçün tədbirlər görüləcəyini vəd edir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə