Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Xeyli pul mənimsəyən bank işçisi ölkədən qaçdı
Xeyli pul mənimsəyən bank işçisi ölkədən qaçdı
21 Dekabr 2015 / 17:22 / Baxış sayı: 558
Font1 Font2 Font3 Font4

Azərbaycanda bank əməkdaşı beynəlxalq axtarışa verilib. Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 33 yaşlı Toğrul Mirzəzadə dələduzluq və vəzifə saxtakarlığında təqsirləndirilir.

O, ölkədən qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib. Hazırda onun tutulması istiqamətində axtarışlar davam etdirilir. 

T.Mirzəzadə “Parabank” ASC-nin Nizami filialının əməkdaşı olub. O, filialın digər əməkdaşı Orxan Uğurluzadə ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək müvafiq sənədlərin məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə səlahiyyətlərindən sui-istifadə edib aldatma yolu ilə 228 şəxsə kreditlərin ayrılmasına nail olaraq ümumilikdə 127 min 804 manat məbləğində banka məxsus külli miqdarda əmlakı ələ keçirməklə “Parabank” ASC-nin qanunla qorunan mənafelərinə mühüm zərər vurublar.

2014-cü ildə Orxan Uğurluzadəyə Cinayət Məcəlləsinin 178.3.2 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində həbs, Toğrul Mirzəzadəyə həmin məcəllənin 178.3.2 və 313-cü, Seymur Abdullayevə 178.3.2-ci, Əfqan Vəliyevə isə 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barələrində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib.

Sonradan O.Uğurluzadə məhkəmə qarşısına çıxarılıb, T.Mirzəzadə isə Azərbaycandan qaçıb.

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə