Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Eldar Sabiroğlunun müstəntiq oğlu barədə RƏSMİ AÇIQLAMA
Eldar Sabiroğlunun müstəntiq oğlu barədə RƏSMİ AÇIQLAMA
21 Dekabr 2015 / 17:40 / Baxış sayı: 456
Font1 Font2 Font3 Font4

Zərdab rayon Prokurorluğunda yoxlama başlayıb 

Baş Prokurorluq Zərdab rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov barəsində məlumat yayıb. R. Səfərov “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq  prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olunub.

İcra və əmək intizamının, eləcə də  prokurorluq əməkdaşlarına qarşı tələbkarlığın  vəziyyətinin aşağı səviyyədə olması ilə əlaqədar hazırda Baş Prokurorluğun müvafiq komissiyası tərəfindən Zərdab rayon prokurorluğunun fəaliyyəti kompleks şəklində yoxlanılır.

Qeyd edək ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun oğludur.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə