Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Devalvasiya ərzaq qiymətlərinə təsir etməməlidir
Devalvasiya ərzaq qiymətlərinə təsir etməməlidir
22 Dekabr 2015 / 8:54 / Baxış sayı: 228
Font1 Font2 Font3 Font4

İqtisadiyyat və Sənaye Nazirliyi bu istiqamətdə monitorinqlərə start verib.

Dolların bahalaşmasından sonra mağazalarda qiymətlərin artması fikri yer aldı. Manatın dollara nisbətən ucuzlaşması ölkədə istehlak mallarının qiymətilə bağlı müxtəlif məlumatların yayılmasına səbəb olub.

Sosial şəbəkələrdə bəzi marketlərdə qiymət artımı, mağazalarda malların vitrinlərdən yığışdırılması, hətta bəzi dükanların ümumiyyətlə bağlanması ilə bağlı xəbərlər yayıldı. Lakin bu gün mağaza və marketlərdə apardığımız müşahidələr yayılan xəbərlərlə üst-üstə düşmədi. Məzənnə dəyişikliyi, qiymətlərə təsir edibmi sualına alıcıların cavabı oxşar oldu. Alıcı Oqtay Cəfərov deyir ki, qiymətlərin artıb-artmayacağı iki-üç gündən sonra bəlli olacaq.

Qiymətlərin olduğu kimi qalmasına səbəb mağazalarda satışa təqdim olunan malların manatın ikinci devalvasiyasından əvvəl alınmasıdır. Supermarketin icraçı direktoru Zöhrab Zeynalov sözlərinə görə, hələlik qiymətlərdə artım yoxdur və gözlənilmir.

Market sahiblərinin sözlərinə görə, bu gün qəribə olan yenilik ondan ibarətdir ki, vətəndaşlar qiymətlərin qalxacağını düşünərək böyük həcmdə ərzaq məhsulları almağa çalışırlar. Alıcıların belə aktivliyi satışda olan malların həcminin azalmasına səbəb olur.

Market inzibatçısı Adil Məlikzadə qeyd edir ki, marketə gələn alıcılar əvvələr 10 yumurta alırdısa, indi 30-50 ədəd yumurta alır ki, gələcəkdə qiymətlər artarsa, bundan qazanclı çıxsınlar.

Mütəxəssislər bildirir ki, dolların bahalaşması ərzaq bazarına təsir göstərməməlidir. Çünki, minimum istehlak zənbilinə daxil olan malların əksəriyyəti Azərbaycanda istehsal olunur. Bundan başqa hökumət RusiyaQazaxıstanda olduğu kimi süni qiymət artımına qarşı mübarizə aparmalıdır.  Artıq İqtisadiyyat və Sənaye Nazirliyi bununla bağlı monitorinqlərə start verib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə