Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tütün məmulatları və alkoqollu içkilərin lisenziyaları ilə bağlı – Yenilik
Tütün məmulatları və alkoqollu içkilərin lisenziyaları ilə bağlı – Yenilik
22 Dekabr 2015 / 11:45 / Baxış sayı: 250
Font1 Font2 Font3 Font4

Azərbaycanda tütün məmulatının və etil (yeyinti) spirtinin və alkoqollu içkilərin (şərabın, konyakın, arağın və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər alkoqollu içkilərin) istehsalı, idxalı və satışı lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarılıb.

Məlumata görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilən “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”ndə əksini tapıb.

İndiyə qədər tütün məmulatının, etil və alkoqollu içkilərin istehsalı, idxalı və satışı üçün ayrı-ayrılıqda 5500 manat dövlət rüsumu ödənilməklə Kənd Təsərrüfatı Nazirliyindən lisenziya alınıb. Azərbaycan prezidenti İlham Əliyevin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilən lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısında isə bu fəaliyyət növləri əksini tapmayıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə