Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Putin üçün brilyant iPhone – FOTO
Putin üçün brilyant iPhone – FOTO
22 Dekabr 2015 / 11:57 / Baxış sayı: 1980
Font1 Font2 Font3 Font4

Rusiya prezidentinin şərəfinə hazırlanan telefon 19 brilyant qaşla bəzədilib. Rusiya prezidenti Vladimir Putinin şərəfinə brilyant qaşlı telefon hazırlanıb. Eksklüziv iPhone 6S“Caviar” şirkəti tərəfindən işlənilib. 

Şirkətin saytında yer alan məlumata görə, ilk dəfə olaraq satışa 19 bahalı daşla işlənilən mobil telefon çıxarılıb. Putinə həsr edilən telefonun arxa hissəsində Rusiya Federasiyasının gerbi yer alıb. Qızıldan olan bu gerbin üzəri 16 brilyant qaşla bəzədilib.

Daha üç brilyant isə Rusiya prezidentinin ad və soyadının aralığında bərq vurur. Hər daşın diametri yarım millimetrdir. Kompozisiyanın mərkəzində isə Putinin qızıldan işlənilmiş portreti təsvir edilib.


Vladimir Putinə həsr edilən mobil telefon

Unikal iPhone 6S az saydadır. Ümumilikdə 44 belə model istehsal olunub. Qiyməti 299 min rubl olan smartfonun bir nüsxəsi də Rusiya prezidentinə göndərilib.

“Caviar” şirkəti bundan əvvəl də Vladimir Putinin şərəfinə 3 qızıl iPhone istehsal edib. “Caviar Supremo Putin” adlı smartfon arxasına çəkilən 18 karatlıq qızıl örtüklə seçilirdi. İdeyanın müəllifləri modeli “Putinofon” adlandırıblar. “Caviar Supremo Putin 2″də isə prezidentdən əlavə, Rusiyanın gerbi də əks edilib.

Putindən başqa bu şirkət ayrı-ayrı vaxtlarda görkəmli tarixi və məşhur şəxslərə həsr olunmuş smartfonlar istehsal edib. Onlar arasında boksçu Məhəmməd Əlinin, Apple şirkətinin təsisçisi Stiv Cobsun və Avropa İntibah dövrünün görkəmli mütəfəkkiri Leonardo Da Vinçinin fotosu olan telefonların adını çəkmək olar.


Şirkətin Məhəmməd Əliyə həsr etdiyi telefon


Stiv Cobsun şərəfinə hazırlanan mobil telefon

“Caviar” şirkəti hətta Azərbaycana da həsr olunmuş mobil telefonlar da istehsal edib. Üzərində Azərbaycanın xəritəsi, bayrağı və gerbi olan smartfonlar böyük maraqla qarşılanıb.




Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə