Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Elmar Vəliyev İsrail səfirini qəbul edib -Foto
Elmar Vəliyev İsrail səfirini qəbul edib -Foto
22 Dekabr 2015 / 12:15 / Baxış sayı: 158
Font1 Font2 Font3 Font4

İsrailin Azərbaycandakı səfiri Dan Stav Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə səfər edib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev səfir Dan Stavı qəbul edib. Görüşdə icra başçısı İsrail-Azərbaycan münasibətlərinin vacibliyindən danışaraq, şəhərin iqtisadi və sosial-siyasi həyatı barədə səfiri məlumatlandırıb.

Səfir Gəncə şəhərinin tarixən və hazırki vacibliyini vurğulayaraq səfirliyin bu ərazidə fəaliyyətini intensivləşdirməyə maraq və niyyətinin olduğunu əlavə edib.

Onun sözlərinə görə, Gəncə şəhərinə səfərinin məqsədi iki ölkə arasında dayanıqlı əməkdaşlığı inkişaf etdirmək üçün qarşılıqlı maraq kəsb edən sahələri qiymətləndirməkdir. Həmsöhbətlər xüsusilə kənd təsərrüfatı və informasiya texnologiyaları sahələrində əməkdaşlığı genişləndirmək barədə müzakirə aparıblar. Dan Stav səfirliyin İsraildəki şirkətlər və akademik institutların Azərbaycandakı həmkarları ilə əlaqə qurmaq istiqamətindəki rolunu qeyd edib.

Daha sonra səfir Nizami Gəncəvi Muzeyinə, Heydər Əliyev park-kompleksinə baş çəkib, yəhudi icması ilə görüşüb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə