Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakılı icra başçısının “kadr islahatı” yuxarlarda müzakirə olunur
Bakılı icra başçısının “kadr islahatı” yuxarlarda müzakirə olunur
22 Dekabr 2015 / 12:30 / Baxış sayı: 536
Font1 Font2 Font3 Font4

Müavin Ramiz Əliyev isə iddialarla razılaşmır…

Mingəçevirdə icra hakimiyyətinin başçısı Niyazi Bayramovla işdən azad etdiyi müavini Ramiz Əliyev arasında baş verən qalmaqal hər ikisi üçün olduqca ciddi nəticələrlə sonuclana bilər.

Məsələ burasındadır ki, Niyazi Bayramov Mingəçevirə rəhbərlik etdiyi dövrdə çox böyük biznes şəbəkəsinə malik olmasına baxmayaraq, nisbətən sakit davranışları və qalmaqalsız rəhbərliyi ilə diqqəti çəkib. Niyazi Bayramov ciddi biznesə malik olan icra başçıları arasında əslən Bakıdan olan yeganə şəxsdir və müəyyən dairələrin buna görə dəstəyini hər zaman hiss edir. İcra başçısını xüsusilə Minğəçevirdəki “Kür” otelindən böyük gəlir əldə etdiyi bildirilir ki, bölgədə keçirilən xüsusi tədbirlərin yerli və xarici qonaqlara əsasən bu oteldə xidmət göstərilir.

Ancaq sakit davranışları və nisbətən qalmaqalsız idarəçiliyinə baxmayaraq son zamanlar Niyazi Bayramov ətrafında da söz-söhbət yaranmağa başlayıb. Buna səbəb onun müavini Ramiz Əliyevin işdən uzaqlaşdırmasıdır. Yuxarı instansiyalarda müzakirə olunan məsələdə hələlik qərarın kimin lehinə veriləcəyi məlum deyil. Niyazi Bayramov müavininin işdən azad edilməsini müxtəlif bəhanələrlə əsaslandırmağa çalışsa da, qarşı tərəf də öz mövqeyini sona qədər müdafiə etməkdə qərarlı görünür. Niyazi Bayramovun müavininə qarşı addımının özünü gələcəkdə gözlənən təhlükələrdən sığortalamaq məqsədi daşıdığı bildirilsə də, qarşı tərəf də ciddi ittihamlar səsləndirir.

arxiv.bizimxeber.az-a Mingəçevir icra hakimiyyətindəki məbələrdən daxil olan məlumata görə, icra başçısı müavinin şəhərdəki bütün təhsil və səhiyyə məüssisələrindən aylıq “xərac” topladığı barədə siqnalların daxil olduğu və araşdırmadan sonra bu siqnalların təsdiqini tapdığını bildirib və Ramiz Əliyevin məhz bu qanunsuz əməllərinə görə işdən azad olunduğunu vurğulayıb.

Ancaq Ramiz Əliyev qanunsuz toplanan vəsaitin böyük hissəsini məhz icra başçısına ötürülüdüyü bildirməklə özünə qarşı ittihamları əsassız çıxarmağa çalışıb.
Məlumatlara görə hazırda məsələ yuxarı instansiyalarda müzakirə edilir və Mingəçevridə “xərac qalmaqalı”nın hələ uzun müddət davam edəcəyi təxmin olunur.
Məsələyə hətta prokurorluq orqanları, Korrupsiyaya qarşı Mübarizə İdarəsinin də cəlb ediləcəyi daxil olan məlumatlar arasındadır. Görünən odur ki, icra başçısının müavini ilə arasındakı “xərac” qalmaqalı onların hər ikisi üçün ciddi nəticələr verəcək.

Aynur
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə