Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nəqliyyat Agentliyinin yaradılması Ziya Məmmədovun sonu deməkdir
Nəqliyyat Agentliyinin yaradılması Ziya Məmmədovun sonu deməkdir
22 Dekabr 2015 / 12:57 / Baxış sayı: 990
Font1 Font2 Font3 Font4

Ziya Məmmədovun vəzifəsindən və ümumiyyətlə nəqliyyat sistemindən uzaqlaşdırılmasına doğru atılan addımlar artıq sona yaxınlaşır. Yaxın zamanda Ziya Məmmədovun “taxtı” deviriləcək, onsuz da kifayət qədər səlahiyyətsiz qalan portfelsiz nazir rəsmən vəzifəsi ilə də vidalaşacaq.

Ötən gün Nəqliyyat Agentliyinin yaradılması ilə artıq finala doğru yaxınlaşan proses Nəqliyyat Nazirliyinin ləğvi ilə başa çatacaq.

arxiv.bizimxeber.az-ın məlumatına görə, Ziya Məmmədov artıq yeni ilin ilk vaxtlarından etibarən rəsmən işsiz qalacaq. Belə ki, Nəzliyyat Nazirlyinin ləğvi barədə artıq qərar verilib. Bundan öncə isə Nəqliyyat Nazirlyinə tabe olan qurumların bir-bir ondan ayrılması həyata keçiriləcək ki, bundan sonr növbə “Azəryolservis”dədir.

Yaxın zamanda bu qurumun da Ziya Məmmədovun nazirliyindən alınacağı və beləliklə də nazirliyin parçalanaraq ləğvinin sona çatdırılacağı gözlənilir. Ziya Məmmədov artıq həm nazir, həm də nüfuzlu şəxs kimi ona bəslənən etinmadı itirib və görünən odur ki, etimadın bərpası artıq mümkünsüdür. Nəliyyat Nazirliyinin ləğvi prosesinin nəqliyyat sistemində heç bir boşluq olmadan, əlavə problem yaranmadan həyata keçrilməsinə nail olmaq üçün yeni agentlik və qurumların yaradılması ilə müşayət olunur. Ziya Məmmədovun bu prosseslərdən kənarda saxlanıldığı görünür və yeni qurumlar nəqliyyat nazirinin öz vəzifəsindən daha bir addım uzaqlaşmasına səbəb olur. Fatiki olaraq hazırda Ziya Məmmədov öz səlahiyyətlərindən tamamilə məhrum edilmiş durumdadır və onu hətta mətbuatın qarşısına çıxıb “Bəs deyirdiniz ki, qaçıb?” zarafatı da xilas edə bilməyəcək.

“Nəqliyyat qoçularını”n az qala hər gün baş verən və kütləvi narazılığıa səbəb olan əməllərinin ictimai müzakirələri ilə bağlayan proses getdikcə daha da dərinləşdi və ölkə rəhbərliyinin iradəsi ilə Ziya Məmmədovun nəzarətindəki sahələr nazirdən alınmağa başladı. Prezidentin iradəsi ilə həyata keçirilən bu prosesdən digər nazirlərin də özləri üçün çıxarmalı olduqları ciddi dərs var- “Nazir vəzifəsi əbədi deyil, onu istənilən an itirmək olar və hətta kreslo ilə vida həbsxana ilə salamlaşmaq da ola bilər”.

İlkin
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə