Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yəmən Səudiyyə Ərəbistanına ballistik raket atdı
Yəmən Səudiyyə Ərəbistanına ballistik raket atdı
22 Dekabr 2015 / 13:48 / Baxış sayı: 360
Font1 Font2 Font3 Font4

Səudiyyə Ərəbistanının raketdənmüdafiə qüvvələri Yəmən tərəfindən atılan ballistik raketi vurub.

Virtualaz.org saytı xəbər verir ki, məlumatı “Reuters” agentliyi yayıb. Yerki KİV-lərə istinad edən agentlik xəbər verir ki, insident dekabrın 21-də baş verib. Raket Səudiyyə Ərəbistanının Cizan vilayətinə atılıb.

Yəmən ordusundakı müttəfiq husilərin yaydığı informasiyaya görə, raket zərbəsinin hədəfi Səudiyyə Ərəbistanının cənubundakı neft infrastrukturu olub. Səudiyyə Ərəbistanının SPA dövlət informasiya agentliyinin yaydığı məlumatda deyilir ki, raketin hədəfinin məhz Cizan əyaləti olması faktı krallığın başçılıq etdiyi koalisiyanın mətbuat katibliyi tərəfindən də təsdiqlənib.

Husilərə məxsus “Saba” informasiya agentliyi isə öz növbəsində briqada generalı Şərəf Lukmana istinadən bəyan edib ki, “Saudio Aramco” şirkətinə məxsus neft hasilatı infrastruktunu hədəf alan raket “dəqiq hədəfə dəyib”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə