Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azercell-in dəstəyi ilə müəllimlər üçün xüsusi təlimlər keçirildi
Azercell-in dəstəyi ilə müəllimlər üçün xüsusi təlimlər keçirildi
22 Dekabr 2015 / 17:20 / Baxış sayı: 150
Font1 Font2 Font3 Font4

Ölkədə təhsilin inkişafına hər zaman dəstək verən Azercell Telekom MMC-nin British Council ilə birgə həyata keçirdikləri peşə təhsili sahəsində “İş Dünyası üçün Bacarıqlar” layihəsi çərçivəsində təlimlərin ilk raunduna start verilib. Təlimlər Böyük Britaniyadan dəvət olunmuş mütəxəssis tərəfindən 15-17 dekabr, 2015-ci il tarixlərində 5 nömrəli Bakı peşə liseyində keçirilib.

Təlimlərdə ərizələrin qəbulu yolu ilə seçilmiş Bakıda yerləşən müxtəlif peşə təhsili müəssisələrində İKT və Telekommunikasiya üzrə fəaliyyət göstərən 36 müəllim iştirak edib. Təlimlər zamanı müəllimlər peşə təhsili üzrə effektiv təlim modelləri, bacarıqlar və strategiyalar, yerli mühit və işəgötürənlərlə əlaqələrin qurulması kimi mövzular üzrə biliklər əldə ediblər. Təhsil Nazirliyi tərəfindən dəstəklənən layihənin əsas məqsədi Bakıda yerləşən peşə məktəblərində IKT və Telekommunikasiya üzrə təhsil alan tələbələrin bilik və qabiliyyətlərinin artırılması və həmin məktəblərdə aidiyyatlı sahə üzrə fəaliyyət göstərən müəllimlərin peşə təhsilində effektiv tədris metodları üzrə təlimlərin keçirilməsi ilə qabiliyyət potensialının inkişaf etdirilməsidir.

Məlumat üçün bildirək ki, Azercell Telekom öz fəaliyyəti boyunca daim gənclərin inkişafına yönələn layihələr həyata keçirib. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz Azercell şirkətindən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar. Eyni zamanda Azercell-in həyata keçirildiyi sosial layihələrin böyük bir qismi də təhsillə bağlıdır. Həmçinin, Azercell aparıcı universitetlərlə əməkdaşlıq edir, bu təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərir. Məhz Azercell şirkətinin təşəbbüsü və dəstəyi ilə Qafqaz Universitetində ilk dəfə olaraq 4G laboratoriyası quraşdırılıb. Təhsilə və gənclərə yardım etmək bundan sonra da Azercell şirkətinin prioritet fəaliyyət sahələrindən biri olacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə