Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

14 dərəcə isti olacaq – PROQNOZ
14 dərəcə isti olacaq – PROQNOZ
23 Dekabr 2015 / 12:32 / Baxış sayı: 128
Font1 Font2 Font3 Font4
Dekabrın 24-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənən cənub qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən arxiv.bizimxeber.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 4-6 dərəcə isti, gündüz 9-12 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhərə bəzi yerlərdə yağıntılı olacağı,  dağlıq və dağətəyi yerlərdə sulu qar və qar yağacağı gözlənilir. Arabir duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 1 dərəcə şaxtadan  4 dərəcəyədək isti, gündüz  9-14 dərəcə isti, dağlıq rayonlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə