Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ İMTİNA ETDİ: işğal altındakı torpaqlarımıza maliyyə ayrılmayacaq
ABŞ İMTİNA ETDİ: işğal altındakı torpaqlarımıza maliyyə ayrılmayacaq
23 Dekabr 2015 / 13:45 / Baxış sayı: 152
Font1 Font2 Font3 Font4

Ermənipərəst konqresmenlərin təşəbbüsü ilə belə bir maddənin qanun layihəsinə salınmasına cəhd edilsə də, bu, baş tutmayıb 

ABŞ Konqresi tərəfindən qəbul edilmiş 2016-cı maliyyə ili üzrə “Ümumi təxsisatlar” (ayırmalar) qanunu dekabrın 18-dən qüvvəyə minib.

Qanunda ABŞ-ın Azərbaycanın işğal altındakı ərazilərinə (Dağlıq Qarabağa) hər hansı formada yardımını nəzərdə tutan heç bir müddəa yer almayıb. ABŞ-dakı erməni diasporunun və ermənipərəst konqresmenlərin təşəbbüsü ilə belə bir maddənin qanun layihəsinə salınmasına cəhd edilsə də, bu, baş tutmayıb.

Xatırladaq ki, 2014-cü maliyyə ilindən etibarən ABŞ Konqresi qəbul etdiyi yekun təxsisatlar qanununa Azərbaycanın işğal altındakı ərazilərinə hər hansı formada yardım göstərilməsini nəzərdə tutan müddəanı daxil etmir. Lakin 1998-2013-cü maliyyə illəri üzrə Konqresin qəbul etdiyi yekun təxsisatlar qanununda və ya onun əlavəsində Azərbaycanın işğal altındakı ərazilərində icra olunan müxtəlif layihələrin ABŞ tərəfindən maliyyələşdirilməsi üçün istifadə edilən bənd olub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə