Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sumqayıt yeni inkişaf mərhələsində
Sumqayıt yeni inkişaf mərhələsində
23 Dekabr 2015 / 15:42 / Baxış sayı: 74
Font1 Font2 Font3 Font4

Dekabrın 21-də Sumqayıt Dövlət Universitetinin “Böyük Akt” zalında “Sumqayıt yeni inkişaf mərhələsində” mövzusuna həsr olunmuş tədbir keçirildi.

Tədbiri giriş sözü ilə universitetin rektoru, professor Elxan Hüseynov açaraq bildirdi ki, Azərbaycan sosial – iqtisadi baxımdan qüdrətlənməsilə dünya birliyində layiqli yer tutur və həyata keçirilən dövlət proqramlarının real nəticəsi olaraq bu gün Azərbaycanda iqtisadiyyatın bütün istiqamətləri sürətlə inkişaf edir, dünya standartlarına uyğun müasir iqtisadi infrastruktur formalaşır.

Təbii ki, bu yüksəliş doğma Sumqayıtımızın da timsalında aydın görünür. Sumqayıt nəinki Azərbaycanın, eyni zamanda Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir. Son illər Sumqayıtda onlarca yeni istehsal müəssisələrinin yaradılması, bir sıra ənənəvi istehsal sahələrinin fəaliyyətinin canlandırılması bunu əyani təsdiq edir. Gənclər şəhəri olan Sumqayıt bir çox istiqamətlər üzrə qazandığı nailiyyətlərlə fərqlənir. Hələ sovet illərində Sumqayıtın sosial-iqtisadi inkişafında, sənayenin formalaşmasında, elmin, təhsilin, mədəniyyətin tərəqqisində Ulu öndərin əvəzsiz xidmətləri olmuşdur. Ulu öndərin apardığı və Prezident İlham Əliyevin daha da inkişaf etdirdiyi uğurlu iqtisadi və sosial siyasət nəticəsində regionların sosial-iqtisadi inkişafına dair birinci və ikinci dövlət proqramlarının uğurla icrası, üçüncü Dövlət Proqramı çərçivəsində qarşıya qoyulan vəzifələrin reallaşdırılması Sumqayıt şəhərinin taleyində yeni bir cığır açdı. Sumqayıt Texnologiyalar Parkının, Sumqayıt Kimya Parkının yaradılması ölkə başçısının şəhərdə sənayenin inkişafına göstərdiyi böyük dəstəyin təzahürüdür.“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Sumqayıt şəhəri üzrə 16 bənddən ibarət genişmiqyaslı tədbirlərin icrası müəyyən edilib. Bu gün cənab Prezidentin apardığı yenidənqurma siyasəti icra başçısı cənab Zakir Fərəcovun rəhbərliyi sayəsində uğurla həyata keçirilir. Şəhərimizdə Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkın, Heydər Əliyev Mərkəzinin, ölkə əhəmiyyətli tarixi abidələrin siyahısına salınmış Nəsimi adına mədəniyyət və istirahət parkının, şəhər icra hakimiyyəti aparatı binasının, şəhər Cümə məscidinin, “Kimyaçı” mədəniyyət sarayı qarşısındakı meydanın yenidən qurulması, daş örtüyünün yeniləşdirilməsi, yeni yaşıllıqların salınması və digər layihələr şəhərimizin daha da abadlaşmasına gətirib çıxarır.

Rektor Elxan Hüseynov onu da vurğuladı ki, İcra başçısı cənab Zakir Fərəcovun rəhbərliyi sayəsində Sumqayıt şəhərinin tarixi kitabı hazırlanır. Universitetimizin alimləri bu kitabın ərsəyə gəlməsində öz töhfələrini verəcək. Rektor çıxışında Universitetimizin Heydər Əliyev Məktəbində “Heydər Əliyevin Sumqayıt şəhərinin inkişafındakı xidmətləri” mövzusunda keçiriləcək məşğələdə cənab Zakir Fərəcovun da iştirak etməsini təklif etdi.

SDU-nun Humanitar Məsələlər üzrə prorektoru, dosent Nizami Namazov “Sumqayıt yeni inkişaf mərhələsində ” məruzəsi ilə çıxış edərək bildirdi ki, bu gün Azərbaycan iqtisadiyyatı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin düşünülmüş və uzaqgörən fəaliyyəti nəticəsində yaranmış siyasi və makroiqtisadi sabitlik, vaxtında aparılan islahatlar, o cümlədən iqtisadiyyatın şaxələndirilməsi sayəsində güclü inkişafa nail olmuşdur. Yeni təyin olunmuş şəhər rəhbərliyi

Prezidentin tapşırıq və tövsiyələrini qısa bir zamanda reallaşdırmaq üçün böyük səylə, əzmkarlıqla çalışır. Biz də öz növbəmizdə şəhərimizin abadlaşdırılması istiqamətində görülən işlərdə cənab Zakir Fərəcova könüllü dəstək olacağıq.

Elm və innovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədov, Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev, Fəlsəfə və hüquq kafedrasının müdiri, professor Həsən Sadıqov, professor Nadir Kazımov, Qaçqınların və köçkünlərin İşi üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər şöbəsinin müdiri Sevindik Hüseynov, Azərbaycan tarixi kafedrasının müdiri, dosent Əmirxan İsayev, universitetin YAP Gənclər Təşkilatının sədri Səma Əsədova məruzə ətrafında çıxış edərək gənclər şəhəri olan Sumqayıtın tarixindən, mədəniyyətindən, təhsilindən və İcra başçısı cənab Zakir Fərəcovun Sumqayıt şəhərində son dövrlər gördüyü işlərdən bəhs etdilər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə