Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

SOCAR: Azərbaycanın Avropanın emal zavodlarına neft satışı ilə bağlı heç bir problemi yoxdur
SOCAR: Azərbaycanın Avropanın emal zavodlarına neft satışı ilə bağlı heç bir problemi yoxdur
23 Dekabr 2015 / 19:03 / Baxış sayı: 142
Font1 Font2 Font3 Font4

 Azərbaycanın Avropanın neft emalı zavodlarına neft satışı ilə bağlı heç bir problemi yoxdur.

Bu barədə “Report”a SOCAR-dan məlumat verilib.”Azeri Light” markalı neftin satışı ilə bağlı heç bir problemimiz yoxdur. SOCAR neft satışını bazar konyunkturasına uyğun formalaşan qiymətlər əsasında həyata keçirir. 

Ötən illər ərzində SOCAR “Azeri Light” neftinin satış bazarını kifayət qədər yaxşı inkişaf etdirə bilib.

Müxtəlif regionlardan olan istehlakçılar daimi əsaslarla Azərbaycan neftini almağa üstünlük verirlər”, – deyə SOCAR-dan bildirilib.Qeyd edək ki, bəzi KİV-lərdə dünya bazarında neftin aşağı qiymətə satılması səbəbindən Avropanın əksər neft emalı zavodlarının emal xərclərini azaltdığı və buna görə guya “Azeri Light” neftindən imtina edərək, daha ucuz neft markaları almağı üstün tutduğu barədə xəbərlər yayılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə