Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Uşaq yeməklərinə görə cərimələr artır
Uşaq yeməklərinə görə cərimələr artır
24 Dekabr 2015 / 11:14 / Baxış sayı: 198
Font1 Font2 Font3 Font4

Süni qida məhsulları reklamında ana südünün üstünlüyünü qeyd etməyənlər cərimələnəcək.

Süni qida məhsullarının reklamı ilə bağlı qanun sərtləşdirilir. Körpələrin və azyaşlı uşaqların qidalanması haqqında qanunvericiliyin pozulmasına görə də cərimələr artacaq. Milli Məclisdən verilən məlumata görə, bu barədə məsələ İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

İnzibati Xətalar Məcəlləsində uşaqların qidalanması ilə bağlı elmi tədqiqat işlərinin müvafiq icra hakimiyyəti orqanının müsbət rəyi olmadan maliyyələşdirilməsinə, süni qida məhsullarının satışını artırmaq məqsədi ilə tibb işçilərinin və onların ailə üzvlərinin bu və ya digər formada həvəsləndirilməsinə görə fiziki, vəzifəli və hüquqi şəxslərin cərimələnməsi təklif edilir.

Süni qida məhsullarının reklamından ana südünün üstünlüyünün qeyd olunmamasına görə fiziki şəxslərə 150 manatdan 200 manatadak cərimə təklif edilir. Həmçinin vəzifəli şəxslərin 250 manatdan 300 manatadək, hüquqi şəxslərin isə 750 manatdan 1000 manatadək cərimələnməsi nəzərdə tutulur.


Dəyişiklik Milli Məclisin növbəti plenar iclasına tövsiyə edilib.

Hazırkı İnzibati Xətalar Məcəlləsində isə süni qida məhsullarının istehsalçıları və distribütorları tərəfindən körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında qanunvericiliyin pozulmasına, yəni süni qida məhsullarının satış-sərgisinin və xüsusi nümayişinin reklam məqsədi ilə təşkil edilməsinə, uşaqların qidalanması ilə bağlı elmi tədqiqat işlərinin müvafiq icra hakimiyyəti orqanının müsbət rəyi olmadan maliyyələşdirilməsinə, səhiyyə sistemi işçilərinin elmi və praktik konfranslarda, sessiyalarda, tibbi təhsil təcrübəsində iştirakına, tibb assosiasiyalarının fəaliyyətinə müvafiq icra hakimiyyəti orqanının müsbət rəyi olmadan sponsorluq edilməsinə görə fiziki şəxslər 50 manatdan 100 manatadək, vəzifəli şəxslər 100-200, hüquqi şəxslər isə 500 -1000 manatadək miqdarda cərimə edilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə