Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dollar yenə günə bahalaşma ilə başladı
Dollar yenə günə bahalaşma ilə başladı
24 Dekabr 2015 / 11:16 / Baxış sayı: 184
Font1 Font2 Font3 Font4

ABŞ valyutası 1.5528 manata kimi yüksəlib. Dollar bu günə də bahalaşma ilə başladı. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatınABŞ dollarına qarşı yenidən ucuzlaşmasına səbəb olub.

Bu gün dekabrın 23-ü ilə müqayisədə Azərbaycanda ABŞ dollarının məzənnəsi yenidən qalxıb. Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə olan rəsmi məlumatına görə, dolların rəsmi məzənnəsi 1.5528 manat olub.
Avronun məzənnəsində də yüksəliş qeydə alınıb. Bir avro 1.6974 manata yüksəlib. Rusiya rublu da bir günlük ucuzlaşmadan sonra yüksəlişə keçib – 0.0223 manat. Ötən gün bu rəqəm 0,0219 manat idi.

Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.

Bu qərara əsasən manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə