Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İlham Əliyev ad günündə açılış etdi
İlham Əliyev ad günündə açılış etdi
24 Dekabr 2015 / 12:25 / Baxış sayı: 344
Font1 Font2 Font3 Font4

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 24-də Bakıda gözdən əlil insanlar üçün inşa olunmuş yeni yaşayış binasının açılışında iştirak ediblər.

arxiv.bizimxeber.az AzərTac-a istinadən xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dövlət başçısına binada yaradılmış şərait barədə məlumat verib. Qeyd edilib ki, 12 mərtəbəli binada 132 mənzil var. Mənzillərdə yaşayış üçün hər cür şərait yaradılıb.

Prezident İlham Əliyev binanın bir qrup sakini ilə görüşüb. Sonra dövlətimizin başçısı mənzillərin orderlərini sakinlərə təqdim edib, xatirə şəkli çəkdirilib. Dövlət başçısı və xanımı mənzillərdə yaradılan şəraitlə tanış oldular.

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 8 nömrəli tibbi-sosial ekspert komissiyasının və nazirliyin Nərimanov rayon əhalinin sosial müdafiəsi mərkəzinin binasının açılışında da iştirak etdilər. Dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva burada yaradılan şəraitlə tanış olublar.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə