Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

76 hərbiçimiz dünyasın dəyişib
76 hərbiçimiz dünyasın dəyişib
24 Dekabr 2015 / 13:23 / Baxış sayı: 238
Font1 Font2 Font3 Font4

Xəzər Hərbi Tədqiqatlar İnstitunun (Caspian Defense Studies Institute) Azərbaycanın kütləvi informasiya vasitələri və sosial şəbəkələr üzərində apardığı monitorinqin nəticələrinə görə, 2015-ci ilin ötən dövründə  (23 dekabradək) Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda ümumilikdə 76 hərbi qulluqçu dünyasını dəyişib.

Onlardan 37-si döyüş (34-ü erməni gülləsi, 3 nəfəri mina partlayışı), 39 nəfəri isə qeyri-döyüş itkiləridir.

Belə ki, 8 nəfər intihar edib, 11 nəfər qeyri-nizamnamə hadisəsi (bir-birini güllələmə), 5 nəfər avtoqəza nəticəsində, 4 nəfər ehtiyatsızlıqdan, 2 nəfər qar uçqunundan, 2 nəfər günvurmadan, bir nəfər naməlum səbəbdən, 6 nəfərsə xəstəlikdən dünyasını dəyişib. Dünyasını dəyişənlərin 67-si Müdafiə Nazirliyinin, 4-ü Dövlət Sərhəd Xidmətinin, 3-ü Fövqəladə Hallar Nazirliyinin və 2-i isə Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularıdır.

Ötən dövrdə 25 hərbi qulluqçumuz bu və digər səbəblərdən yaralanıb və ya xəsarət alıb. 15 hərbi qulluqçu erməni gülləsindən, 3 nəfər avtomobil qəzasından, 4 nəfər mina partlayışından, bir nəfər qeyri nizamnamə hadisələrindən, bir nəfər intihar cəhdindən, başqa bir nəfərsə bədbəxt hadisə nəticəsində yaralanıb və ya xəsarət alıb. Yaralananların biri Fövqəladə Hallar Nazirliyinə, digərləri isə Müdafiə Nazirliyinə aid olan bu və digər hərbi hissələrdə xidmət edirlər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə