Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Pensiyalar artırılacaq – Azərbaycanda
Pensiyalar artırılacaq – Azərbaycanda
24 Dekabr 2015 / 16:10 / Baxış sayı: 414
Font1 Font2 Font3 Font4

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev manatın devalvasiyasından sonra pensiyaların artırılıb-artırılmayacağına aydınlıq gətirib.

“Report”un xəbərinə görə, DSMF sədri bildirib ki, mövcud qanunvericilikdə hər il pensiyaların inflyasiya faizləri nəzərə alınmaqla indeksləşdirilməsi proseduru müəyyənləşdirilib: “Bu da illərdir davam edən məsələdir. Bu il ölkə prezidenti tərəfindən verilən sərəncama uyğun olaraq, pensiyaların sığorta hissəsi və fərdi hesablara toplanan pensiya kapitallarının indeksləşdirilməsi aparılıb.

Təbii ki, növbəti ildə də 2015-ci il üzrə istehlak qiymətləri indeksi elan olunduqdan sonra həmin indeks səviyyəsinə uyğun olaraq, əmək pensiyalarının sığorta hissəsinin və fərdi hesablara toplanan pensiya kapitallarının indeksləşdirilməsi prosesi reallaşdırılacaq”.

Fond sədri əlavə edib ki, bu, qanunvericiliyin normasıdır: “2006-cı ildən bu yana Prezident məsələ ilə bağlı 9 belə sərəncam imzalayıb. Yəni, heç nə yeni deyil. Hər şey öz axarı ilə gedir. Təbii ki, bu işlərin reallaşdırılması üçün kifayət qədər vəsait var. Ümumilikdə götürdükdə bu sahədə heç bir problem yoxdur”.

 

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə